backend

SON ANDA: Rusiya gəmiləri Latviyaya girdi

SON ANDA: Rusiya gəmiləri Latviyaya girdi
Rusiyaya məxsus 2 gəmi Latviya sularına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Latviya Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, Latviyaya aid xüsusi iqtisadi zonaya Rusiyanın “Sterequşiy” gəmisi və “Kaştan” tipli sualtı gəmi icazəsiz daxil olublar.

Aprelin 16-da isə yenə Rusiyanın “Kilo” sualtı gəmisi Laviyaya məxsus qadağan olunan bölgəyə daxil olub.