backend

Cinsini dəyişdi 2 min dəfə zorlandı - HƏBSXANADA

Cinsini dəyişdi 2 min dəfə zorlandı - HƏBSXANADA

Əvvələr kişi olan, sonradan cinsini dəyişərək "qadın" olan transgender avtomobil oğurluğuna görə 4 il azadlıqdan məhrum ediləndən sonra həbsxanaya salınmışdı. O, kişi məhbusların olduğu həbsxanada idi. Çünki o, sənədlərdə kişi kimi göstərilirdi.

Merinin dediyinə görə, Avstraliyanın Kuinslend şəhərindəki həbsxanada 2 min dəfədən artıq təcavüzə məruz qalıb.
"Cinsimi dəyişmək üçün cərrahiyyə əməliyyatına məruz qalmamışdım. Lakin sürəkli olaraq hormonal preparatlar qəbul etdiyimdən sinəm böyüyüb qadın sinəsinə bənzəyirdi. Özüm də qıza oxşayırdım", - Meri söyləyib.

Transgenderlik insanın anadan olduğu cinsə identik olmamasıdır. Belə insanlar özlərini əks cins mənsubları sayırlar.

"Həbsxana qaydalarına görə, Kuinslend həbsxanasına daxil olan kimi məni lüt soyundurdular və az sonra artıq bütün həbsxana transgender olduğumu bildi. Hər gün, çox vaxt gündə bir neçə dəfə zorlanırdım. Bəzi məhbuslar mənə cinsi əlaqənin müqabilində "hamilik və müdafiə" təklif edirdilər. Məni müdafiəyə ehtiyacı olan məhbuslar üçün nəzərdə tutulmuş bloka köçürəndən sonra da təcavüzlər davam etdi. Məhv olurdum, amma özümü qorumaq üçün heç bir imkanım yoxdu. Həbsxanadan qaçmaq istədiyim üçün məni Kuinslenddəki başqa həbsxanaya köçürdülər. Həbsxanadan da təcavüzlərə görə qaçmaq istəyirdim. Axırda məni təhlükəli, qəddar residivistlərin saxlandığı sərt rejimli həbsxanaya apardılar. Məni döyürdülər və döyülməmək üçün təcavüzə razılaşırdım. Özümü ölmüş kimi hiss edirdim. Əsl cəhənnəmdə idim", - Meri söyləyib.
Merinin sözlərinə görə, həbsxanada onun başını qırxıblar, sonra da hormonal preparatların qəbulunu yasaqlayıblar. Buna görə də Merinin yenidən bığ və saqqalı çıxmağa başlayıb.
O, həbsxanada Viki Tompson adlı daha bir transgenderin olduğunu, əzablara və təcavüzlərə dözməyərək intihar etdiyini də söyləyib.