backend

Qadın ölümündən 55 gün sonra ana oldu

Qadın ölümündən 55 gün sonra ana oldu
Ana ölümündən 55 gün sonra uşaq dünaya gətirib.

qaynarxett.az anspress-ə istinadən bildirir ki, hadisə Polşanın Vrotslav şəhərində yerləşən xəsətəxanaların birində baş verib. Həkimlər 41 yaşlı xərçəng xəstəsi olan qadına beyin ölümü diaqnozu qoyublar. Qadına diaqnoz qoyulan zaman isə o, 17 həftəlik hamilə olub.

Ürəyi əvvəlki qaydada döyünməyə davam edən qadının uşağını xilas etmək həkimlərə müəssər olub. Müasir texnologiyanın köməyi ilə həkimlər qadının həyat əhəmiyyətli orqanlarının fəaliyyətini təmin ediblər. Beləliklə 55 gün sonra qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə dünyaya göz açıb. İki kiloqram çəkisi olan uşaq 2 ay ərzində intensiv terapiya keçirib. Daha sonra o, atası ilə birgə evə yollanıb. Hazırda 3 kiloqram olan körpə tamamilə sağlamdır.
Analoji hadisə ötən ilin may ayında ABŞ-da baş verib. 22 yaşlı Karla Perez ölümündən 54 gün sonra uşaq dünyaya gətirib.


Yüzə yaxın həkim və tibb bacısı Karlanın doğuşu gerçəkləşdirməsi üçün mübarizə aparıb. Doğulan körpəyə Angel adı verilib.

Karla Perezin beyninə qan sızıb və o, 2015-ci ilin fevralın 8-də xəstəxanaya yerləşdirilib. Həkimlər 22 həftəlik hamilə qadının erkən doğuş keçirməsinin əleyhinə olublar. Buna görə də, ananı 10 həftə müddətinə süni nəfəs aparatına qoşublar. Xüsusi qidalarla bəslənən ana körpəsini dünyaya gətirənə qədər həyatda qalmağı bacarıb. Körpə doğulandan 2 gün sonra ana dünyasını dəyişib.
Qadın ölümündən 55 gün sonra ana oldu