backend

4 yeniyetmə 15 yaşlı qızı zorladı - VİDEO - FOTO

4 yeniyetmə 15 yaşlı qızı zorladı - VİDEO - FOTO
Rusiyanın Çelyabinsk şəhərində yaşayan 15 yaşlı Alyona L.-ə təсavüz olunub. Onu 4 yeniyetmə zorlayıb.

Milli.Az Life-a istinadən bildirir ki, 8-ci sinif şagirdinə təcavüz edənlər bəllidir.

Aprelin 18-də Alyonanı əl-qolunu skotçla bağlayaraq mənzilə aparan və orada ona dəfələrlə təcavüz edən şəxslər 16 yaşlı Danil M., 14 yaşlı İlya Q., 14 yaşlı Oleq Z. və 16 yaşlı Yevgeni K.-dır. Onların üçü Alyona ilə bir məktəbdə oxuyurlar. Yevgeni K. isə qonşuluqdakı məktəbdə təhsil alır.

Cinayətkarların hamısı tutulub.

"Məktəbdən evə qayıdırdım. Binamıza bir neçə metr qalmış onlar məni tutdular. Köməyə adam çağırmaq, qışqırmaq istəyəndə məni bıçaq və çəkiclə hədələdilər. Sonra əl-qolumu bağladılar, qayışla vurmağa başladılar. Bütün bunları sabiq rəfiqəmin "sifariş" verdiyini düşünürəm. Danila M. onun sevgilisidir", - Alyona deyib.

[media=4%20yeniyetmə%2015%20yaşlı%20qızı%20zorladılar]