backend

Gözünüz aydin: Prezident mühüm qərar verdi -SƏRƏNCAM

Gözünüz aydin: Prezident mühüm qərar verdi -SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilsin.