backend

GDU-da 7 milyon mənimsəyən adam yenə iş başında… Fəxrəddin Həsənov kimdir?

GDU-da 7 milyon mənimsəyən adam yenə iş başında… Fəxrəddin Həsənov kimdir?
GDU-da 7 milyon mənimsəyən adam yenə iş başında… Fəxrəddin Həsənov kimdir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin təhsilinə,inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə ali və orta təhsil müəssisələrinin, idman, mədəniyyət və turizm sektorunun inkişafı danılmazdır.
Əlbəttə ki, bütün bu işlər qeyd olunan sahələrə külli-miqdarda maliyyə vəsaitlərinin ayrılması hesabına mümkün olur.Lakin təəssüflər olsun ki, bu diqqət və qayğıdan da özünəməxsus formada yararlanmağa çalışan məmurlar vardır.Belələrindən biri də Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovdur.
Bizimxeber.az-a daxil olan məlumata görə, Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hal-hazırda da bu vəzifədədir. Bir necə il bundan öncə Elman İdris oğlu Məmmədov Gəncə Dövlət Universitetinin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdır.
prorektor hesenov
Belə ki,yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur.Araşdırmalar zamanı məlum olmuşdur ki,bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov,o zaman GDU-nun bas mühasibi işləyən(hal-hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəmişlər.
Araşdırma əsasında müəyyən edilmişdir ki,universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə ,yəni təsərrüfatda işləyir.Qalan 21 nəfərin adi ştat cədvəlində olsa da faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır.Həmin şəxslərin maaş kartları prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmağına baxmayaraq (???), hal-hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir.
GDU-da 7 milyon mənimsəyən adam yenə iş başında… Fəxrəddin Həsənov kimdir?
Bizimxeber.az-a daxil olan məlumata görə, şəhərdə yüksək vəzifəli məmurların (Gəncə şəhəri DTX şöbəsi) adından yalandan istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur. Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq onun üçün “maraqlı” olan adamların hara gedib gəldiklərini izlədir. Bir neçə dəqiq fakt qeyd edək.Universitetin əsas binasında 2500 manatlıq kamera və fotoaparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir.
Fəxrəddin Həsənov “Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə Universitetin bütün tədris binalarına külli miqdarda proyektor, kompyuter, notbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq köhnə,işlənmiş ,demək olar ki,istifadəyə yararsız mallardan ibarət olmuşdur .İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir.Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talamışdır.
Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 AZN pul ayrılmağına baxmayaraq ,onun bir manatı belə üzə çıxmamışdır və Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir.Maliyyə sənədlərinə baxdıqda aydınca görünür ki, 18 manatlıq qurğunun biri 92 manata,3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilmişdir.Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri Alüminiumçular qəsəbəsi deyilən yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır.Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır.Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır.
Ən agrılı hal odur ki,ayaq üstə 10 dəqiqə belə çıxış edə bilməyən bu adam fakültə dekanlarına təsir edərək öz iyrənc əməllərini həyata keçirir.Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir.Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur. Bu siyahını daha da artırmaq olar, bu haqda növbəti məqaləmizdə daha geniş məlumat verəcəyik.
Çox maraqlıdır, müharibə gedən bir ölkədə, xalqımızın gözəl övladları şəhid olan zaman Fəxrəddin müəllimin vicdanı bu işlərə necə yol verir? İqtisadi böhranın bu agır dövründə bu adam əcaib əməllərindən niyə əl çəkmir?Ölkə prezidenti İlham Əliyevin iqtisadi böhran şəraitində qənaət məqsədilə struktur islahatları apardığı,lüzumsuz orqanların birləşdirildiyi bir dövrdə Fəxrəddin Həsənovun bu talanına nə ad vermək olar?Bu cənab Prezidentin ağıllı siyasətinin əleyhinə getmək deyilmi?
Serhed.info olaraq qeyd edək ki, "Samsung" şirkətinin Gəncə üzrə rəhbəri GDU-nun məşhur dekanı İldırım Qasımov olduğu bildirilir. Bu dekanla Fəxreddin Həsənovun necə yoldaş olduğuna isə növbəti yazılarımızda toxunacağıq.