backend

Uzun müddət yaddan cıxmayaçaq tədbir - Gənçə Dövlət Universitetində

Uzun müddət yaddan cıxmayaçaq tədbir - Gənçə Dövlət Universitetində
Mir Cəlal Paşayev adına tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavinləri Afət Cəmilova və Alim Alverdiyevin rəhbərliyi altında buraxılış siniflərin 32 nəfər şagirdi tanışlıq məqsədilə Gəncə Dövlət Universitetində olmuşdur. Şagirdlər ilk növbədə foyedə yerləşən dahi rəhbər Heydər Əliyevin büstünü ziyarət etmiş, gül dəstəsi qoymuşlar. Bundan sonra onları Əsas binanın akt zalında universitetin rektoru professor Yusif Yusibov prorektor və dekanlarla birgə qarşılamışdır.

Yusif Yusifov şagirdləri səmimiyyətlə salamlayıb onlara Gəncə Dövlər Universitetinin yaranma tarixindən, bu günki vəziyyətindən, beynəlxalq əlaqələrindən, müasir təhsil sisteminin tələblərinə uyğun olaraq tələbələr üçün yaradılmış şəraitdən bəhs etmişdir. Onu da qeyd etmişdir ki, biz şəhərin ən qabaqcıl məktəblərindən olan 4 və 39 saylı məktəblə əməkdaşlıq müqaviləsi bağlamışıq. Bu müqavilə həm ali , həm də orta məktəbdə təhsilin inkişafı üçün ciddi əhəmiyyət kəsb edəcəkdir.
Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə şagirdlərə universitetin beynəlxalq əlaqələrindən məlumat verdi. Bildirdi ki, bu əlaqələr tələbə və müəllim mübadiləsi sahəsində olduqca sevindirici bəhrə verir. Bizim onlarla tələbəmiz artıq altı, yaxud bir illik müddətində Avropanın qabaqcıl ali məktəblərində təhsil almışlar. Bu proses indi də uğurla davam etdirilir. İnanıram ki, respublikada böyük nüfuz qazanmış Gəncə Dövlər Universiteti sizin də sevimli təhsil ocağınız olacaqdır.

Uzun müddət yaddan cıxmayaçaq tədbir - Gənçə Dövlət Universitetində

ŞAGİRDLƏR GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏMəktəbin tərbiyə işləri üzrə direktor müavini Afət Cəmilova böyük iftixarla təhsilini məhz bu ali məktəbdə aldığını bildirdi. Hər iki təhsil ocağının müxtəlif sahələrdə əməkdaşlığının müəllimlərin metodiki sahədə təcrübə mübadiləsində, müasir gəncliyin təhsilə maraqlarının artmasında mühüm rol oynayacağını vurğuladı. Şagirdlər gün ərzində Əsas binada və III tədris binasında yerləşən Biologiya-kimya və Xarici dillər fakültəsində kafedralarla, dərs otaqları və laboratoriyalarla tanış olmuş, müəllimlərlə söhbətlər aparmış, bakalavr təhsil sistemi haqqında məlumatlar əldə etmişlər. Bu tanışlıq şagirdlərdə olduqca maraqlı təəssürat yaratmışdır.
ELÇİN CAVADOV
Gəncə Dövlət Universiteti