backend

SON ANDA: Düşmən geçə saatlarında top və tanklarla hücuma keçdi

SON ANDA: Düşmən  geçə saatlarında top və tanklarla hücuma keçdi
Gecə saatlarında cəbhədə vəziyyət gərginləşib

Bu gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi yenidən pozublar.

Gecə saatlarında cəbhədə vəzıyyət gərgınləşib. Ermənistan silahlı birləşmələri cəbhə yanı kəndləri atəşə tutub.

Aprel ayının əvvəlində başlayan 4 günlük hərbi əməliyyatlardan sonra cəbhədə ağır artilleriya silahlarının səsləri bir müddət eşidilməsə də, dünən bu sükut pozulub. Belə ki, düşmən ordusu dünən günün ikinci yarısı Tapqaraqoyunlu kəndini ağır arileriya silahlarından atəşə tutub. Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub.

Dünən gecə saatlarında cəbhəboyu fəallaşan düşmən ordusu Tərtərin cəbhə xəttinə yaxın yerləşən Qapanlı kəndini gülləbaran edib. Hətta Tərtərin digər yaşayış məntəqələri də iriçaplı pulemyotlarla yanaşı ağır silahlardan atəşə tutulub.

Miq.az-a daxil olan məlumata görə, Müzəffər adlı Tərtər sakininin də həyətyanı sahəsinə top mərmisi düşüb. Azərbaycan Ordusu və mülki əhalimiz arasında itkimiz yoxdur.