backend

Ordumuz qanlı döyüşdə - amma görün arxada nə baş verir...

Ordumuz qanlı döyüşdə - amma görün arxada nə baş verir...

Ordumuz döyüşdə Yevlax məmurları toy çal-çağırında

Ermənistan silahlı güvvələri atəşkəs rejimini yenidən pozublar. ANS PRESS-in məlumatına görə, təmas xəttinin Tərtər istiqamətində yenidən atəş səsləri eşidilir. Məlumata görə qarşı tərəf artileriya silahlarını işə salıb. Marquşevan və Qapanlı kəndləri istiqamətində atışma daha intensivdir. Azərbaycan ordusu qarşı tərəfin təxribatına cavab atəşi ilə qarşılıq verir.

Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Bütün bunlara baxmayaraq Yevlax rayon icra hakimiyyətin başçısının oğlu Zaur Səmədov və Yevlax rayon mailyyə şöbəsinin rəhbəri Mehman Allahverdiyevin qızı Nigar Allahverdiyevanın “Sahil” restoranında xınayaxtı mərasimi keçirilir. Çox gümanki bu məmurlar ölkəmizdə baş verənlərdən xəbərsizdilər ya da bu hadisələr onların vecinə belə deyil. Ən azından bu şəhidlərimizin ruhuna da hörmətsizlikdir. Qeyd edək ki erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub. Bir sözlə ordumuz döyüşdədir. Yevlax məmurları isə toy çal-çağırında.Məlumat üçün onuda bildirək ki adı çəkilən məmur övladlarının aprel ayının 24-də “Bəyaz Gəlin” sarayında paltarbiçdi mərasimi olmuşdu.