backend

Müğənni Elçinin toyunda Mətanət İsgəndərliyə BOYKOT - FOTO

Müğənni Elçinin toyunda Mətanət İsgəndərliyə BOYKOT - FOTO
Ötən gün müğənni Elçin Cəfərovun toyu müzakirəsiz ötüşməyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, toya dəvət olunan əməkdar artist Mətanət İsgəndərli ilə musiqiçilər arasında anlaşılmazlıq yaşanıb. Belə ki, aparıcı səhnəyə M.İsgəndərlini dəvət edib, bu zaman isə səhnədə əyləşən musiqiçilər oturduqları yeri tərk ediblər. Bu hal isə əməkdar artisti özündən çıxarıb: "Bu nə deməkdir? Bəlkə, mən canlı oxumaq istəyirəm. Mən ifama başlamadan ayağa durublar".

Əməkdar artistin sözlərindən sonra musiqiçilər öz yerlərinə əyləşiblər. İfaçı isə "Gəl xoşbəxt olaq" adlı mahnısını fonoqramla ifa etdikdən sonra canlı ifalar təqdim edib. Daha sonra toy öz axarı ilə davam edib.