backend

Azərbaycanda doğum evində yerləşən məktəb - Video



Ana Səhifə
Haqqımızda
Online Ödəmə
Əlaqə
Mobil versiya



XalqXeber.Az

"Ermənistan odla oynayır..." - Ərdoğan
Tənbəllər üçün ən effektiv pəhriz-2 həftəyə 12 kq
Dünya şöhrətli alim-oftalmoloq
“NAXÇIVAN MTN-nin SABİQ ŞEFİNƏ İŞGƏNCƏLƏR VERİLİR” - Vəkildən ŞOK iddialar
“Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb” - Vaqif Dərgahlı
“Dərdimə ancaq siz əlac edə bilərsiz, cənab nazir!”- Ramil Usubova müraciət
“Dəmir Bank”da “70-in “ç” şantajı: Əmək hüquqları zibilliyə necə atılır?
Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 51 evə ciddi ziyan dəyib - Tərtərin icra başçısı
Nazirə ağır itki üz verib
Ata oğlunun sevgilisini qətlə yetirdi
Gündəm
Siyasət
İqtisadiyyat
Cəmiyyət
Şou-Biznes
Hadisə
İdman
Dünya
Müsahibə
Aktual
Sağlamlıq
Video
Foto
"Ermənistan odla oynayır..." - Ərdoğan ...
Azərbaycanda doğum evində yerləşən məktəb - Video
Bölmə: : Bölgə / Sosial Yayım tarixi :Bu gün, 09:45
Azərbaycanda doğum evində yerləşən məktəb - Video

Azərbaycanda doğum evində yerləşən məktəb - Video

Şəkidə baş vermiş zəlzələnin fəsadları hələ də tam olaraq aradan qaldırılmayıb.

Xalqxeber.Az xəbər verir ki, keçən 4 il ərzində müxtəlif yerlərdə təmir bərpa işləri görülsə də Baş Zəyzid kəndinin məktəbi hələ də bu yenidənqurmadan öz payını ala bilməyib.

Tam orta məktəbin binası tam qəzalı vəziyyətdə olduğundan şagirdlər məcburən müxtəlif uyğunlaşdırılmış binalarda dərs keçməli olurlar. Əgər bunlara uyğunlaşdırılmış binalar demək olarsa...

Kiçik otaqlar, qışda soyuq siniflər, qırıq döşəmələr... Bu cür şərait bəzi uşaqların hətta məktəbi tərk edərək qonşu kəndlərə üz tutmasına səbəb olub. Məktəbdə qalıb təhsillərini hələ də davam etdirənlərin isə bu şəraitdə normal tədris almaları müşkül məsələ çevrilib. Ancaq bütün bunlara baxmayaraq, təhsil müəssisəsində dərslər tam nizam intizamla tədris edilir.

Elə bunun nəticəsidir ki, hər il kifayət qədər uşaq universitetə qəbul olur. Dərslərin müxtəlif binalarda keçirilməsi, dərs deyən 116 müəllim üçün də problem yaradır. Şəki şəhər İcra hakimiyyəti isə məktəbin yenidən tikilməsi istiqamətində artıq aidiyyatı orqanlara müraciətlər olunduğunu qeyd edib.