backend

Ata oğlunun sevgilisini qətlə yetirdi

Bakıda qətl törədilib.
Ata oğlunun sevgilisini qətlə yetirdi


Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Yuri Raskov oğlu ilə qeyri-rəsmi nikahda olan 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.


Hadisəni törədən Y. Raskov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.