backend

Çindən İrəvana Qarabağ mesajı

Çindən İrəvana Qarabağ mesajı
Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli mövqeyindən çıxış edir

Bunu Pekində keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəyə üzv dövlətlərin xarici işlər nazirlərinin V görüşündə çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Dağlıq Qarabağ problemi bizim xüsusi diqqətimizi tələb edir. Biz bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini gözləyir və ümid edirik", — deyə türkiyəli nazir qeyd edib.

Politika.Az