backend

Azyaşlı qızı televizora baxmaq adı ilə aldadıb... - ŞOK OLAY

Azyaşlı qızı televizora baxmaq adı ilə aldadıb... - ŞOK OLAY
Azyaşlını zorlamaqda təqsirli bilinən Oğuz rayon sakini, 1997-ci il təvəllüdlü Cəlal Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatı teleqraf.com-a istinadən bildirir ki, Cəlal Rəşidov 12 avqust 2015-ci il tarixdə yaşadığı Oğuz rayonu Qumlaq kəndində yerləşən evlərində tək olarkən qonşusu, 2010-cu il təvəllüdlü Samirə Mehdiyevanı (ad və soyad şərti göstərilib- H.Z.) zorlayıb.

Həmin gün saat 18 radələrində Cəlal qonşusunun qızı Samirənin həyətlərindən keçdiyini görüb. O, azyaşlı qızı televizora baxmaq bəhanəsi ilə aldadaraq evlərinə gətirib.

Zorlama

Bu zaman Cəlal Samirənin köməksiz vəziyyətindən istifadə etməklə onu zorlayıb. Daha sonra qızı əxlaqsız hərəkətlər etməyə məcbur edib.

Samirə Cəlalın hərəkətləri barədə valideynlərinə danışıb. Bundan sonra qızın valideyinləri rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Polis Cəlal Rəşidovu həbs edib.

9 il cəza

Cəlal Rəşidovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Şirvan Məmmədovun sədrlik etdiyi kollegiyanın iclasında Cəlal Rəşidovun cinayəti tam sübuta yetirilib.

Şərti cəza tələbi

Məhkəmənin hökmü ilə Cəlal Rəşidov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cəlal Rəşidovun vəkili Emil Əliyev apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.

"İyrənc əməl törətmişəm"

Cəlal Rəşidovun apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prosesdə çıxış edən Cəlal Rəşidov törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini bildirib.: "Çox iyrənc və çirkin əməl törətmişəm. Buna görə də özümü günahkar hesab edirəm. Gəncliyimin nəzərə alınmasını xahiş edirəm".

Cəzadan 1 il azaldıldı

Daha sonra Cəlal Rəşidovun vəkili apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, apelyasiya şikayətinin təmin edilməsini istəyib. Dövlət ittihamçısı Vidadi Cabbarov isə bildirib ki, birinci instansiya məhkəməsi tərəfindən Cəlal Rəşidova verilən cəza ədalətlidir. Dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Cəlal Rəşidovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.

qaynarxett.az