backend

Putin Murad Kərimovu nazir müavini təyin etdi

Putin Murad Kərimovu nazir müavini təyin etdi
Murad Kərimov Rusiya Federasiyasının Təbii Resurslar və Ekologiya nazirinin müavini təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

"Kərimov Murad Kərimoviç Təbii Resurslar və Ekologiya nazir müavini təyin edilsin", - sərəncamda qeyd edilir.

Qeyd edək ki, daha əvvəl Kərimov Su Resursları üzrə Federal Agentlikdə rəhbər vəzifəsində çalışıb.