Putinin qəfil Bakı səfəri planının arxasındakı gizlinlər: "Rusiya prezidenti hiss edir ki,..." -

Siyasət 8-05-2016, 03:08
Putinin qəfil Bakı səfəri planının arxasındakı gizlinlər: "Rusiya prezidenti hiss edir ki,..." -


Rusiya prezidenti Vladimir Putinin Bakıya bir neçə saatlığına qəfil səfər edəcəyi xəbəri yayılıb. Əgər bu səfər təsdiqlənərsə, o zaman ortaya belə bir sual çıxacaq: "Putin Bakıya hansı təkliflə gəlir və ya niyə gəlir?

Bu suallar ətrafında politoloq Elxan Şahinoğlu oz ehtimallarını dilə gətirib:

"Birinci ehtimal ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlliyla bağlı Putinin planının ümumi konturları hazırdır və o, bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfi atəşkəsə riayət etməyə çağıracaq.

Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Putin isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir. Çünki Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerji itkisindən qorxur. Çünki Qərb pusqudadır. Rusiyanı zəiflətmək üçün düyməyə basıb".

Ekspertin ikinci ehtimalı isə belədir: "İkinci ehtimalım isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dimtri Medvedyevin Kazan planını yenidən bizə sırımağa çalışacaq, xarici işlər naziri Sergey Lavrovun "atəşkəsə riayət olunmalıdır”, "insidentlər araşdırılmalıdır” kimi çeynənmiş fikirləri xatırladacaq.

Doğrusu, nə statusun müəyyənləşməsini nəzərdə tutan Kazan planı, nə də Putinin hazırladığı və ya hazırlayacağı yeni planların Azərbaycanın maraqlarına xidmət etdiyini və ya edəcəyini düşünürəm. Ona görə də yenə eyni fikrimdə qalıram: doğru bildiyimiz yolla getməli, "bu addımı atsaq, Kreml nə deyəcək” sualı ilə daima beynimizi məşğul etməməliyik. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məqsədilə bütün risqlərə hazır olmalıdır".

qaynarxett.az
Oxunub: 3 414
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10