backend

CƏBHƏDƏN SON XƏBƏR: DÜSMƏN NAXCIVANI VURDU-Yaraiı var

CƏBHƏDƏN SON XƏBƏR: DÜSMƏN NAXCIVANI VURDU-Yaraiı var
Cəbhədə erməni təxribatı: Əsgərimiz yaralandı
Düşmən cavab atəşi ilə susdurulub.

Qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub.

Düşmən tərəfinin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub:

“Bildiririk ki, düşmən təxribatlarının nəticəsi olaraq baş verənlərə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.