backend

Qarabağ danışıqlarında şok gəlişmə: YENİ TƏKLİFLƏR ORTAYA ÇIXDI - təfsilat

Qarabağ danışıqlarında şok gəlişmə: YENİ TƏKLİFLƏR ORTAYA ÇIXDI - təfsilatErmənilər rayonlarımızı 1+1 formatında qaytarılması ideyasını irəli sürüblər

Azərbaycanla Ermənistan arasında yaşanan gərginliyin pik həddə çatması artıq Qarabağ münaqişəsi üçün danışıqların başlanmasını zəruri edib. Politika.Az xəbər verir ki, aprelə qədər cəbhədə status-kvonu əlində saxlayan Ermənistan tərəfi 4 günlük müharibədən sonra duruş gətirə bilməyəcəyinin fərqin vararaq, danışıqlara qatılmağa razılaşıb.

Qeyd edək ki, sonuncu döyüşlərdə xeyli itki verən erməni tərəfi, müharibə uzanacağı təqdirdə daha böyük itkilərlə üzləşə biləcəyini, habelə işğal altında saxladığı torpaqlardan çıxarılacağını görərək, Rusiyadan imdad diləmişdi. Moskvanın atəşkəs çağırışlarından sonra tərəflər arasında anlaşma əldə olunmasa da, əməliyyatlar dayandırılmışdı. Böyük əksəriyyət bunun uzunmüddət davam edəcəyinə inanmadığı kimi, bu gün inanmır. Amma atəşkəs rejimi uzana bilər. Və bunun üçün hər şey dövlət başçılarının Qarabağ müzakirələrini hansı səviyyədə aparacaqları vacibdir.

Azərbaycan tərəfinin danışıqlarda əli uzundur. Çünki son döyüşlərdən sonra üstünlüyü ələ keçirib. Elə Prezident İlham Əliyevin qətiyyətli açıqlamaları da belə deməyə əsas verir ki, işğal altındakı torpaqlar geri qaytarılacaq. Bunu sülh yolu ilə etmək mümkün olmasa belə, hərbi yolla reallaşdırmaq üçün artıq yetərli qədər qətiyyət ortaya qomaq üçün heç bir çətinlik yoxdur.

Bildirək ki, dövlət başçısı bütün çıxışlarında ritorikanı dəyişərək, artıq Ermənistanın geri çəkilməsini, işğal altındakı torpaqlarımızı geri verməsini əvvəlki illərə nisbətən daha israrlı və qətiyyətli şəkildə tələb edir. Üstəlik, son müharibəni xatırladaraq, düşmənə ağır zərbələr endirəcəkləri barədə xəbərdarlığını da çatdırır. Belə olan təqdirdə, Ermənistanın daha əvvəlki kimi hədə dilində danışmaması da müşahidə olunur. Və tərəflər arasında görüşün keçirilməsinə gönüllü olmasa da, razılaşıblar.

Aydın məsələdir ki, Serj Sarkisyan hakimiyyətini itirəcəyindən qorxur. O yaxşı bilir ki, Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə veriləcək itkilər Ermənistanı ayağa qaldıracaq. Onsuz da ölkənin içində siyasi dayanıqlılıq bərbad durumdadır və hər an inqilabi proseslər başlaya bilər.

İkincisi, Sarkisyan Qarabağı danışıqlar yoluyla geri qaytararsa belə, yenə də analoji proseslər yaşanacaq. Bu dəfə təkcə daxildən deyil, xaricdəki erməni diasporunun şapalağını qulağının dibində görəcək. Ona görə də, Ermənistan prezidenti maksimum dərəcədə cəmiyyəti və diasporu inandırmağa çalışır ki, hakimiyyətini qorusun.
Ermənilərin Azərbaycan kəndlərini vurmaları da danışıqlar prosesi üçün hesablanmış addımdır. Daha doğrusu, düşmən bununla Azərbaycan tərəfini qorxutmağa çalışır. Yəni, guya, bu atəşlərdən Azərbaycan çəkinəcək və danışıqlarda ermənilərin diqtəsinə tabe olacaq. Belə bir halın mümkün olması utopiyadır. Çünki Azərbaycan Ordusunun düşmənə layiqli cavab vermək gücü var. Həmçinin bunu artıq bir dəfə nümayiş etdirib. Bu dəfə də müharibəyə start verilərsə, Xankəndin belə işğaldan azad ediləcəyi şübhə doğurmur.

Bəs, Qarabağda danışıqlar nə vəd edir? Hazırkı mərhələdə üstünlük Azərbaycandadır və diqtə edən tərəf bizik. Danışıqlar zamanı ermənilərin hiyləyə əl atacağı da şübhəsizdir. Və Azərbaycan Prezidentinin siyasi bilikləri və bacarığı həmin hiylələri dəf etmək gücündədir. Ermənilərin Azərbaycana indiki mərhələdə təklif edəcəkləri əsas məsələ 3 rayonun mərhələli şəkildə geri qaytarılmasıdır. Yəni, 1+1+1 formatı icra olunmalıdır. Bu proses yekunlaşdıqdan sonra növbəti 1+1 proses start götürməlidir. Yəni, 5 rayon mərhələli şəkildə Azərbaycana qaytarılmalıdır.

Digər 2 rayonun məsələsi isə Dağlıq Qarabağın statusu ilə birgə müzakirə olunmalıdır. Ermənilərin əsas hədəfi vaxtı uzadıb, həm müharibədən yayınmaq, həm də Dağlıq Qarabağ ətrafında müdafiə halqasını qoruyub saxlamaqdır. Sarkisyan hesab edir ki, rayonları bir-bir qaytarmaq daha etibarlıdır. Çünki sabah anlaşma pozularsa, o zaman necə müdafiə oluna biləcəklərini müəyyənləşdirə bilsinlər.

Politika.Az-a çatan məlumatlara görə, rəsmi Bakı bunun əleyinədir. Azərbaycanın birinci tələbi budur ki, Ermənistan bütün ordusunu Azərbaycan ərazilərindən çıxarmalı və rəsmi dövlət sərhədləri çərçivəsinə çəkməlidir. Bunun ardından isə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilməlidir.
İkinci təklif isə odur ki, işğal altında olan rayonlardan 7-si 5+2 formatı çərçivəsində reallaşdırılmalıdır. Proses ən geci 6 ay ərzində yekunlaşmalıdır. Dağlıq Qarabağın statusu isə bundan sonra müzakirə edilə bilər.

qaynarxett.az