backend

Elman Rüstəmov istefa verdi - ŞOK XƏBƏR

Elman Rüstəmov istefa verdi - ŞOK XƏBƏR

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov AŞF prezidenti postundan getməyi qərara alıb. Buna səbəb vaxt məhdudluğudur

Politika.Az bildirir ki, AŞF-dəki mənbələrdən daxil olan məlumata görə, xüsusilə son ilyarımda Rüstəmov Federasiyaya ayaq basmayıb,ümumiyyətlə,bu qurumun idarəçiliyində yaxından iştirak etmir. "Federasiyada bütün işləri iki vitse-prezident - Mahir Məmmədovla Faiq Həsənov həyata keçirirlər. Son vaxtlar isə başı tamamilə Azərbaycan manatı ətrafında cərəyan edən kritik proseslərə qarışan Rüstəmov, payızda AŞF-nin seçkili iclasını çağırmağı və vəzifəsindən getməyi planlaşıdırır. Artıq federasiya rəhbəri bundan xəbərdardır."

Mənbələrimiz AŞF-nin növbəti seçkili konfransının vaxtını çoxdan keçdiyini də deyib.

"Məsələ burasındadır ki, bu ilin sentyabrında Bakıda Dünya Şahmat Olimpiadası təşkil olunacaq. Belə bir ciddi tədbir ərəfəsində Elman Rüstəmovun AŞF-dən ayrılması doğru olmazdı. Elə buna görə də onun vəzifəsi ilə vidalaşması həmin turnirdən sonraya ertələnib."-saytımıza daxil olan məlumatda qeyd olunur.(qaynarinfo)

qaynarxett.az