backend

Ukraynada erməni-azərbaycanlı davası: Yaralanlar var

Ukraynada erməni-azərbaycanlı davası: Yaralanlar var

Davada iştirak edən ermənilərin axtarışa verilib.

Ukraynanın Lvov şəhərində bir qrup ermənilər azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 16:00-da baş verib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Rəcəbov və qardaşı Məhərrəm Rəcəbova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.

Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı “Dağlıq Qarabağ”ın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnən kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər.

Hadisə zamanı M. Rəcəbov onların əlindən xilas olaraq azərbaycanlı həmyaşıdlarının olduğu digər dükana keçib və bu zaman yenidən kütləvi dava düşüb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və 6 azərbaycanlı gəncə xəsarət yetirərək qaçıblar. Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Davada iştirak edən ermənilərin axtarışa verilib.