backend

Lavrovun susdurulmasına görə Türkiyəyə - Sərt cavab

Lavrovun susdurulmasına görə Türkiyəyə - Sərt cavab
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD-lə əlaqələrinin sübut ediləcəyi halda istefa verəcəyini söyləyir

O, bunu Rusiya təyyarəsinin vurulmasından sonra etməli idi. Bundan əlavə, İŞİD-ə yardımın bədəli istefa vermək deyil, həbs olunmaqdır.

Politika.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Feysbuk hesabında yazıb.

Qeyd edək ki, dünən Avstriyanın paytaxtı Vyanada baş tutan Suriyaya Beynəlxalq Dəstək Qrupunun toplantısında Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovun Türkiyə hökumətinin İŞİD-lə əlaqəsi barədə suçlamasına belə bir cavab vermişdi:

"Siz ciddi bir diplomatsınız. Aramızda ən təcrübəli şəxslərdənsiniz. Qeyri-ciddi iddiaları təsdiqləməməlisiniz. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan da qəti şəkildə bildirdi ki, Türkiyə İŞİD-ə heç bir yardım etmir. Mən də bunu təkrar edirəm. Əgər bununla bağlı bir sübutunuz varsa, istefa verməyə hazıram. Lakin sübut edə bilməsəniz, sizi həyatınızın qalan hissəsini Antalyada keçirməyə dəvət edirəm”.

Məlumata görə, Lavrov deyilənləri başı ilə təsqdiqləmişdi.

qaynarxett.az