backend

Deputat od pükürdü: “Banklar narkotik satırlar ki, bu qədər gəlir götürürlər?!”

Deputat od pükürdü: “Banklar narkotik satırlar ki, bu qədər gəlir götürürlər?!”
Bu gün Dollar kreditlərinin ödənilməsindəki çətinliklər və banklarda yaranmış vəziyyət Milli Məclisdə millət vəkillərinin müzakirə etdiyi mövzulardan biri olub

Politika.Az xəbər verir ki, millət vəkili Vahid Əhmədov bildirib ki, bank rəhbərlərini Milli Məclisə dəvət edilməli, İqtisadi Siyasət Komitəsində ya da plenar iclasda bir sıra məsələlərə toxunub onları həll etmək lazımdır. Çünki hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kreditlər verilmir.

Millət vəkili Araz Əlizadə isə daha sərt çıxış edib:

“Nə üçün biz banklar üçün ağlamalıyıq, insanlar üçün ağlamamalıyıq?!. Valyutanı Mərkəzi Bankdan 3.5%-lə alırdılar, insanlara 20-25% arasında faizlə verirdilər. Artıq o zamanlar 20%-dən çox gəlir götürürdülər. Bizdə indi devalvasiyalar oldu və bunu da gəldilər kreditlərin üzərinə. Bizim banklar narkotik satırlar ki, bu qədər gəlir götürürlər?!”

Qeyd edək ki, Azərbaycan bankları devalvasiyadan əvvəlki illərdə yaxşı mənfəətlə işləyiblər. Lakin devalvasiyalardan sonra banklar böyük zərər içindədirlər. Banklar dəfələrlə belə iddialara cavab olaraq bildiriblər ki, cəlb etdikləri vəsaitlər kiçik məbləğlərdə zaminsiz istehlak kreditləri şəkilində verildiyindən və xərclər yüksək olduğundan faizlər yuxarı olub.

qaynarxett.az