backend

ŞOK XƏBƏR: Sərkisyandan Rusiyaya İNANILMAZ hörmətsizlik - Foto

ŞOK XƏBƏR: Sərkisyandan Rusiyaya İNANILMAZ hörmətsizlik - Foto
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistana rəsmi səfər edib. Səfər zamanı baş nazir prezident Serj Sərkisyanla görüşüb. Erməni prezidentin iqamətgahında baş tutan görüşdə Dmitri Medvedyev və onun timsalında Rusiyaya qarşı böyük hörmətsizlik nümayiş olunub.

AzVision.az-ın məlumatına görə, Ermənistan rəsmiləri protokol qaydalarını rədd edərək rəsmi görüş zamanı masanın kənarına Rusiyanın bayrağını qoymayıblar.

Sərkisyan və Medvedyevin danışıqlar apardığı otaqda yalnız Ermənistan bayrağı yerləşdirilib. Siyasi müstəvidə bu addım hörmətsizlik və tərbiyyəsizlik kimi qiymətləndirilir.

Təcrübə göstərir ki, rəsmi görüşlər zamanı bayraqların qoyulmaması ölkələr arasında diplomatik qalmaqala gətirib çıxarır.

Hələlik Rusiya tərəfi Sərkisyanın bu hörmətsizliyinə reaksiya verməyib.

qaynarxett.az