backend

Diqqət!!! Dollarla bağlı vacib qərar

ABŞ Mərkəzi Bankı (Fed) sədrinin müavini Stenli Fişer (Stanley Fischer), ABŞ iqtisadiyyatının daha sürətli böyüməyə ehtiyacı olduğunu deyib

Diqqət!!!  Dollarla bağlı vacib qərar

Nyu-Yorkdakı Kolumbiya Universitetində çıxış etmiş Fişer, "Hazırda tam məşğulluq səviyyəsinə yaxınıq və inflyasiya hədəfimizə yaxınlaşırıq. Ən çox ehtiyac duyduğumuz şey, daha sürətli iqtisadi artım potensialıdır" deyib.

Digər tərəfdən, Fişer, Fed-in pul siyasəti və Çərşənbə günü nəşr olunmuş aprel ayı iclas protokolları barədə şərh etməyib.

Fed-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) aprel ayı toplantısına aid protokollarda, ABŞ iqtisadiyyatına dair məlumatların gələcək həftələrdə müsbət çıxması vəziyyətində Fed rəsmilərinin iyunda faiz artırmağı dəstəkləyəcəkləri bildirilmişdi.

Dünya Bankının məlumatlarına görə, ABŞ iqtisadiyyatı 2007-ci ildə 1,8 faiz böyüdükdən sonra, maliyyə böhranının təsirilə, 2008-də 0,3 faiz, 2009-da isə 2,8 faiz geriləmişdi. 2012-ci ildən etibarən 2%-in üzərində artan ABŞ iqtisadiyyatının bu il 2,7 faiz, gələn il 2,4 faiz artması gözlənilir.

Fed/Dudley: İyun-İyulda faizləri artırmaq məqbuldur

Nyu-York Fed sədri Vilyam Dadli (William Dudley), Fed-in qarşıdakı iki toplantısının birində faiz artırımına getməyə yaxınlaşdığını və bu mesajın maliyyə bazarlarına verilməsinin yaxşı bir xəbər olduğunu deyib.

Dadli, Cümə günü mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Öz təxminlərimin yolunda getdiyinə inansam, bu yay bir faiz artırımının olacağını düşünürəm. İyun-İyul dövrü ağlabatan bir gözləntidir" deyib.

Fed/Lacker: İyunda faiz artırımı üçün vəziyyət gücləndi

Richmond Fed sədri Cefri Lacker (Jeffrey Lacker), qlobal risklərin "tamamilə dağılması" ilə birlikdə, Fed-in İyun ayında faiz artıracağını qeyd edib.

Lacker, Cümə günü Bloomberg Radio-ya etdiyi qiymətləndirmədə, "Aprel ayı toplantısında faiz artırımını açıq bir şəkildə dəstəklədim" deyib və "Güman edirəm ki, faizləri artırmaq üçün vəziyyət İyun ayında daha da güclü olacaq" şəklində danışıb.

Fed-in siyasət qərar orqanı Federal Açıq Bazar Komitəsi (FOMC) İyunun 14-15-də Vaşinqtonda toplaşacaq.

Lacker, Çində böyüməyə qarşı risklərin "bir neçə ay əvvələ nisbətən daha az" olduğunu və dollarların ABŞ iqtisadiyyatına zərər verəcək qədər güclənməsini gözləmədiyini bildirib.

Lacker, "Qlobal və maliyyə proseslərindən qaynaqlanan risklərin az qala tamamilə ortadan qalxdığını görürəm" şəklində bildiribQeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed faizləri artırmağa başlayan zaman Dollar güclənir.