backend

Dəhşətli İNTİHAR ÜSULU: Soyundu, şirlərin yanına girdi və... – FOTOLAR/VİDEO (18+)

Santyaqoda intihar etmək istəyən 20 yaşlı oğlan dəhşətli üsula əl atıb.
Dəhşətli İNTİHAR ÜSULU: Soyundu, şirlərin yanına girdi və... – FOTOLAR/VİDEO (18+)
Publika.az “DailyMail”-ə istinadən xəbər verir ki, Franko Luis Ferrada Roman adlı intihar etmək istəyən 20 yaşlı oğlan zooparka gedib. Burada o, paltarlarını soyunub, lüt şəkildə iki vəhşi şirin olduğu qəfəsə tullanıb. Şirlər dərhal oğlanın üstünə atılsalar da, oğlana toxunmayıblar və onunla oynayıblar. Lakin vəziyyət getdikcə dəhşətli hal almağa başlayıb. Şirlər oğlanı parçalayıb yemək istəyəndə zooparkın mühazifəçiləri oğlanın həyatını xilas etmək məqsədi ilə dərhal müdaxilə ediblər. Onlar şirləri güllələyib öldürübmək məcburiyyətində qalıb.

Franko Luis Ferrada Roman müalicə üçün yaxınlıqdakı xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilib. Klinikanın həkimi bildirib ki, Cənab Ferrada Romanın ürəyi, demək olar ki, dayanıb və əlavə edib ki, o, baş və kiçik çanaq nahiyəsindən bir neçə xəsarət və zədə alıb.

Zooparkın direktoru Alexandra Montalva bildirib ki, bu şəxs zooparka bilet alıb daxil olduğunu və heyvanları ziyarət etmək istədiyini deyib: “Oğlan qəfəsin yanına çatan kimi paltarlarını tez soyunub qəfəsə tullandı, onun qarşısını almaq mümkün olmadı. İki şirin ölümü hər kəsə çox pis təsir etdi. Lakin insanların həyatı bizim üçün çox vacibdir. Bu səbəbdən də müəyyən protokollara əməl etdik”.

Həmin vaxt zooparkda olan insanlar baş verən hadisədən dəhşətə gəldiklərini və çox qorxduqlarını deyiblər. Şahidlərdən birinin sözlərinə görə, oğlan qəfəsə tullananda hamı qışqırıb, valideynlər isə əlləri ilə uşaqların gözlərini bağlayıb.

Araşdırma nəticəsində oğlanın geyimləri içərisində intihar barədə qeydlər tapılıb.

qaynarxett.az