backend

Pentaqon molla Mansuru molla Ömərin yanına göndərdi

Pentaqon molla Mansuru molla Ömərin yanına göndərdi
ABŞ pilotsuz kəşfiyyat təyyarələrinin prezident Barak Obamanın əmri ilə eyni vaxtda endidiyi zərbələr nəticəsində Əfqanıstanın Pakistanla sərhəd bölgələrindən birində “Taliban” terror birləşməsinin lideri molla Axtar Muhammed Mansur öldürülüb.

Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. Pentaqon “Taliban” liderini məhv etmək üçün pilotsuz təyyarələrdən zərbələr endirildiyini təsdiqləyib, lakin ABŞ Müdafiə Nazirliyində bildiriblər ki, bu zərbələrin nəticəsi hələ dəqiqləşdirilir.

Bu gün isə “Taliban” hərəkatının yüksək rütbəli komandiri Amerika pilotsuz təyyarələrinin endirdiyi zərbələr nəticəsində molla Mansurun öldürüldüyünü təsdiqləyib. Habelə Əfqanıstan hökumətindəki mənbə molla Mansurun öldürüldüyü haqda məlumatı təsdiq edərək deyib ki, amerikalı rəsmilər bu haqda Kabili xəbərdar ediblər.

Pentaqon molla Mansuru molla Ömərin yanına göndərdi

Pakistan KİV-ləri isə xəbər verir ki, aviazərbələr molla Mansuru taksidə gedərkən hədəf alıb. Bu zaman taksinin sürücüsü və sərnişini də həlak olub. Molla Mansur 2015-ci ilin iyulunda “Taliban” lideri seçilmişdi. Həmin vaxt “Taliban” hərəkatının əsasını qoyan molla Ömərin öldüyü terror təşkilatı tərəfindən ilk dəfə təsdiqlənib. Molla Ömər 2013-cü ildə ölsə də onun ölümünü iki il ərzində sıravi talibançılardan gizlədiblər.

Pentaqon molla Mansuru molla Ömərin yanına göndərdi

Molla Mansurun “Taliban” lideri seçilməsini molla Ömərin qohumları və təşkilatın səhra komandirlərinin bir qismi dəstəkləməmişdi. Nəticədə “Taliban” daxilində çəkişmələr başlayıb. Əfqanıstan kəşfiyyatının məlumatına görə 2015-ci ildə talibançı qruplaşmalar arasında çoxsaylı silahlı toqquşmalar qeydə alınıb.

Virtaulaz.org