backend

“Təfəkkür” Universitetində diplom – BAZARI

“Təfəkkür” Universitetində diplom – BAZARI
“Təfəkkür” Universitetində tələbələrlə rektorluq arasında daha bir qalmaqal baş qaldırıb.
Bu barədə qaynarxett.az-a verilən məlumata görə, qalmaqala səbəb sonuncu kurs tələbələrindən diplom müqabilində külli miqdarda pulun tələb olunmasıdır.
Məlumatda deyilir ki, universitetin rektoru Müşfiq Atakişiyevin təlimatına əsasən ötən il 2500-3000 manat müqabilində alınan diplomların qiymətləri iki dəfə qaldırılıb. Hazırda diplom sahibi olmaq istəyən tələbələrdən 5000 manat tələb olunduğu vurğulanır.
Maraqlı məqam odur ki, Müşfiq Atakişiyevin adamları ali təhsil ocağında əsl bazar açıblar. Verilən məlumatda vurğulanır ki, tələbələr fakültələri üzrə dekanlarına müraciət edərək, diplom üçün tələb olunan məbləğin aşağı salınmasını xahiş edirlər. Amma universitetdə onlara bildirirlər ki, üz vurmasınlar, «Çünki aşağı yeri yoxdur».

Məlumatda bildirilir ki, bütün bu qanunsuzluqlara universitetin tədris işləri üzrə prorektoru İlham Musayev rəhbərlik edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az