backend

Hakimiyyətdən məmurlara şok qadağa!!!

Hakimiyyətdən məmurlara şok qadağa!!!
Məmurlara xaricdə dincəlməyə qeyri-rəsmi qadağa qoyulub

Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, qadağa xaricə pul axını ilə bağlıdır. “Hakimiyyət düşünür ki, məmurlar istirahət üçün pullarını ölkə daxilində xərcləsinlər.

Bu baxımdan qeyri-rəsmi şəkildə hər kəsə tapşırılıb ki, xaricdə dincəlməyə getməsinlər”, – deyə mənbə bildirib. Məlumata görə, bu qadağa bəzi məmurların ürəyincə olmayıb. “Xarici ölkələrdəki kurort zonalarında villaları olan məmurlar bu qadağadan narazı qalıblar. Lakin qərar qəti olduğuna görə bu narazılığı dilə gətirmirlər”, – deyə mənbə əlavə edib. Məlumat üçün deyək ki, hər il yayda Azərbaycan məmurlarının xarici ölkələrdəki kurort zonalara axını başlayır. (azadliq.info)