backend

Türklər ayağa qalxdı - ETİRAZ AKSİYASI

Türklər ayağa qalxdı - ETİRAZ AKSİYASI
Almaniyanın paytaxtı Berlində qondarma erməni soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına etiraz olaraq nümayiş keçirilib

Politika.Az xəbər verir ki, nümayiş Berlin Türk Birliyi (TGB), Avropalı Türk Demokratlar Birliyi (UETD), Avropa Atatürkçü Düşüncə Dərnəkləri və 20-ə yaxın təşkilatın iştirakı ilə Hamburq, Hannover, Frankfurt, Köln şəhərlərində təşkil olunub.

1500-dən artıq türk "Bundestaq qərar verə bilməz", "Parlament məhkəmə deyil" şüarları səsləndiriblər.

Xatırladaq ki, iyunun 2-də Federal Məclis qondarma erməni soyqırımı qanun layihəsini səsverməyə çıxaracaq.