backend

Xüsusi təyinatlılar "LUKoyl" vitse-prezidentinin oğlunu belə həbs etdi - Video

Xüsusi təyinatlılar "LUKoyl" vitse-prezidentinin oğlunu belə həbs etdi - Video
Rusiyanın Xüsusi Təyinatlı Polis Dəstəsi döyüşçülərinin “LUKoyl” şirkəti rəhbərinin müavininin oğlu Ruslan Şamsuarovu həbs etməsinin görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Moskvada polisin qanuni əmrinə tabe olmayan biznesmen oğlunu həbs etməyə gələn XTPD əməkdaşları müqavimətlə üzləşiblər.

Biznesmen ata oğlunu klinikalardan birinə yerləşdirib və polisə verməkdən imtina edib. O, polis əməkdaşlarını nazirə şikayət edəcəyi ilə hədələyib.

Milli Qvardiyanın döyüşçüləri isə bəyan ediblər ki, Ruslan Şamsuarov könüllü təslim olmasa, güc tətbiq ediləcək.

Gecədən səhərədək davam edən danışıqlardan sonra “LUKoyl” vitse-prezidentinin oğlu xəstəxanada gizləndiyi yerdən çıxıb və saxlanılıb.

Qeyd edək ki, Moskvanın Qaqarin rayon məhkəməsi Ruslan Şamsuarovu 15 sutka müddətinə azadlıqdan məhrum edib.
[thumb=left]http://qaynarxett.az/uploads/posts/2016-05/1464559143_50980.jpg[/thum]