TƏCİLİ: Etiraz aksiyası başlandı - Bakının soyqırımını dayandırın

gundem / Sosial 30-05-2016, 21:37
TƏCİLİ: Etiraz aksiyası başlandı - Bakının soyqırımını dayandırın
Sosial şəbəkələrdə keçmiş “Sovetski” küçəsində söküntüsünə başlanan Bakının tarixi binalarının müdafiəsi üçün imza toplama kampaniyası başlayıb

Xatırladaq ki. ötən həftə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edilib.

Həmin dəyişikliklərə görə, Bakının Yasamal rayonundakı bəzi yaşayış və qeyri-yaşayış obyektləri “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələriniun siyahısı”ndan çıxarılıblar.

Beləliklə, XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid 30-a yaxın tarixi abidə sökülmək təhlükəsi qarşısında qalıb.

“Bakının tarixi abidələrinin söküntüsünü dayandırın” kampaniyası üzrə imza toplanmasına Fərhad Mehdiyev adlı istifadəçi tərəfindən change.org saytında başlanıb. Qısa müddət ərzində petisiyanı 1712 nəfər imzalayıb.
Oxunub: 1 029
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10