backend

ASALA dirilir və Qarabağa... - ŞOK

ASALA dirilir və Qarabağa... - ŞOK
Ermənistanda Dağlıq Qarabağın işğalında iştirak etmiş “Şuşa batalyonu veteranları” ictimai təşkilatının sədri Jirayr Sefilyan “Milli Müqavimət Komitəsi” formalaşdırmağa başlayıb

Politika.Az erməni KİV-nə istinadən xəbər verir ki, keçmiş döyüşçülər Ermənistanın aprel müharibəsində məğlubiyyətindən və itkilər verməsindən sonra belə qərara gəliblər.

“Milli Müqavimət Komitəsi”nə “Kəşfiyyat Veteranları Birliyi” də qoşulur.

Lakin erməni mediası ASALA-nın bu komitə adı altında yenidən dirçələcəyini yazıb.

Ermənilərin gizli milli azadlıq ordusu kimi təqdir etdiyi, lakin bütün dünyada terror təşkilatı olaraq tanınan ASALA-nın döyüşçüsü Alek Enigomsyan bildirib ki, itirilmiş əraziləri qaytarmaq üçün hərəkətə keçmək lazımdır: “Bu məsələdə döyüşçülər hərəkətə keçməli, siyasətçilər də onlara dəstək verməlidir. “Şuşa batalyonu veteranları” birliyinin fəaliyyəti xarici və daxili düşmənlərə qarşıdır. Buna dəstək verməliyik”.

Qeyd edək ki, ASALA 1975-ci ildə yaradılıb. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürən ASALA lideri Akop Akopyan “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir” deməsi də onların açıq terrorla məşğul olduğunu sübut edir. Terror təşkilatı 1991-ci ildə rəsmən ləğv olunduğunu elan edib. Lakin onun gizli fəaliyyətinə dair məlumatlar zaman-zaman ortaya çıxıb.

Qaynarxett.az