backend

Oliqarxlar hökuməti sıxmağa başladı: KREDİT QALMAQALI BÖYÜYÜR - təfsilat

Oliqarxlar hökuməti sıxmağa başladı: KREDİT QALMAQALI BÖYÜYÜR - təfsilat

Banklardakı pullarını qorumaq istəyən varlı məmurlar və yaxınları dövlətin yardım göstərməsini tələb edirlər

Artıq xeyli müddətdir Azərbaycanda kredit məsələsi böyük bir problemə çevrilib. Son devalivasiyadan sonra kredit ödənişlərinin azalması, nəticədə bankların ağır duruma düşməsinə rəğmən, Mərkəzi Bank hər hansı bir tədbir görmək fikrində deyil. Hətta dəfələrlə bununla bağlı məsələlər müzakirəyə çıxarılsa da, AMB əhəmiyyətsiz şey kimi yanaşaraq, tutarlı bir açıqlama verməyib.

Politika.Az xəbər verir ki, getdikcə pisləşən durum fonunda banklar, ən əsası onların arxasında dayanan oliqarxlar artıq hökumətə təzyiqlər etməyə başlayıblar. Onlar nəzarətlərindəki bankların batmaq üzrə olduğunu, nəticədə, külli miqdarda pul itirəcəklərini əsas gətirərək, hökumətdən təcili tədbir görməsini tələb edirlər. Daha dəqiqi, onlar hökumətin banklara yardım göstərmələrini istəyirlər.

Məlumatlarda vurğulanır ki, oliqarxların əsas istəyi odur ki, hökumət bankların indiyə qədər əhaliyə verdiyi kreditləri klavikasiya etsin. Yəni, devalivasiyaya qədər götürülmüş dollarla kreditlərin geri ödənişi hazırkı məzənnə ilə deyil, 1,05 manatla hesablanmalıdır. Yerdə qalan fərq isə dövlət büdcəsindən edilən ayırlamalar hesabına bağlanılmalıdır.

Politika.Az-a verilən məlumata görə, hökumət bunun çox ağır şərt olduğunu bildirir. Və məsələni yoluna qoymaq üçün 3 milyard manata zərurət olduğunu dilə gətirirlər. Mənbələrin bildirdiyinə görə, həmin pulu verməkdən yayınmağa çalışan hökumət dairələrinin oliqarxların qarşısında duruş gətirə bilməyəcək. Və yaxın vaxtlar üçün bununla bağlı qərarın çıxmasına nail olacaqlar.