backend

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB
Ermənistanda vəzifəsindən sui-istifadə ittihamına görə saxlanılan yüksək rütbəli hərbçilər həbs olunub

Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həbs olunanlar Ermənistan Silahlı Qüvvələrinin silahlara nəzarət idarəsinin keçmiş rəisi, general-mayor Melsik Çilinqaryan, Silahlı Qüvvələrin logistika idarəsinin kimya, mühəndislik və kəşfiyyat agentləri şöbəsinin keçmiş rəhbəri, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryandır.

Qeyd edək ki, Serj Sarkisyan Melsik Çilinqaryanı mayın 23-də vəzifəsindən azad edib. Bu, Qarabağ münaqişəsi zonasında baş vermiş gərginlikdən sonra yüksək rütbəli hərbçilərin işdən qovulmasının ilk siqnalı olub. İşdən çıxarılma haqqında rəsmi məlumat yoxdur.

Ermənistanın hakim “Respublika” partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan daha öncə yüksək rütbəli hərbçilərin işdən qovulmasınının Qarabağdakı aprel hadisələri ilə bağlı olduğunu bəyan edib.