backend

TƏCİLİ: Əsgərlərimiz posta girərək erməniləri güllələyib - DÜŞMƏN ŞOKDA

TƏCİLİ: Əsgərlərimiz posta girərək erməniləri güllələyib - DÜŞMƏN ŞOKDA
"Dördgünlük müharibə"də ağır yara alan və panikada olan Ermənistan cəbhəsində vəziyyət bir az da gərginləşib

Politika.Az xəbər verir ki, son bir neçə gündə Qarabağda iki əsgər itirən düşmən cəbhədə çaşqınlıq hökm sürür. Xoren Arutyunyan və Vaqe Enokyan adlı hərbi qulluqçularını Qarabağdakı postlarda başlarından güllə ilə vurulmuş vəziyyətdə tapan ermənilər ordu rəhbərliyinin rəsmi məlumatına inanmaq istəmirlər. Ermənistan Təhqiqat Komitəsi əsgərlərin öz yaldaşları tərəfindən öldürüldüyünü müəyyən etsə də erməni mətbuatı bunun əksini deyir. Ordumuzun aprel zərbələrindən sonra sarsıdıcı zərbə alan və bədbinləşən erməni cəmiyyəti erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyini iddia edir.

"Əgər əsgərlər postda snayper gülləsi ilə öldürülsəydilər ekspertiza bunu həmin gün müəyyənləşdirərdi. Yerdə bir versiya da qalır. Erməni əsgərlər hərbi hissəyə girmiş Azərbaycan Ordusunun əsgərləri tərəfindən öldürülüb. Bu versiya mütləq araşdırılmalıdır", - deyə erməni mətbuatı yazır. Ancaq yaxşı olardı ki, erməni mətbuatı elə öz ölkələrinin Təhqiqat komitəsinin rəsmi məlumatına inanardı. Görünən budur ki, aprel döyüşlərindən sonra ordumuzun qarşısında duruş gətirə bilməyən erməni əsgərləri artıq bir-birlərini qırıb qurtarırlar.

qaynarxett.az