backend

QOD NİŞANOV KİMDİR?

QOD NİŞANOV KİMDİR?
Editor.az "Xaricdəki məşhur azərbaycanlılar" rubrikasın davam etdirir. Rubrikanın bugünkü qəhrəmanı Rusiyada fəaliyyət göstərən yəhudi əsilli Azərbaycanlı iş adamı Qod Nisanovdur.
Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" otelini almışdır. 2006-cı ildə isə "Avropa" otelini açmışdır. 2000-2005-ci illərdə “Doymond Katters” MMC-də çalışmışdır.

2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.

4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.

Qod Nisanov uzun illərdir ölkəmizdən kənarda yaşamasına baxmayaraq, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsində, Rusiyadakı Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan həmyerlilərimizdəndir. Onun Qarabağ həqiqətlərinin dünyada təbliği sahəsindəki mühüm faəliyyətin hər kəsə bəllidir. Zaman- zaman Qod Nisanovun fəaliyyətinə kölgə salmaq məqsədi ilə süni kampaniyalar təşkil edilməsinə baxmayaraq, o, Azərbaycanın təbliği naminə fəaliyyətinə bir an belə fasilə verməmişdir.

Qod Nisanov eyni zamanda Rusiyadakı azərbaycanlıların dayağı kimi də cəmiyyətə yaxşı tanışdır.

Təsadüfi deyil ki, bugünlərdə(1 iyun 2016-cı il ) Qod Nisanov "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir..

Bu münasibətlə hörmətli Qod Nisanovu təbrik edir, gələcək fəaliyyətində bol-bol uğurlar diləyirik. Təbriklərə Elvin və Camal qardaşları da qoşulur!

QOD NİŞANOV KİMDİR?
QOD NİŞANOV KİMDİR?