backend

Şamaxıda misli görünməmiş daha bir biabırçılıq

Şamaxıda misli görünməmiş daha bir biabırçılıq
Müəllimlərə velosiped yarışlarına baxmadığı üçün töhmət və xəbərdarlıq edilib

Şamaxı şəhər 2 saylı orta məktəbin bir qrup müəlliminə velosiped yarışları ilə bağlı tədbirlərdə iştirak etmədikləri üçün töhmət və xəbərdarlıq edilib. Məktəbin direktorunun imzası və möhürü ilə bağlı həmin sənəd redaksiyamıza daxil olub. Sənəddən görünür ki, direktoru 4 müəllimə töhmət, 15 müəllimə isə xəbərdarlıq elan edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Dövlət Dillər Universitetində bir qrup tələbəyə YAP-ın tədbirlərində iştirak etmədikləri üçün töhmət elan edilmişdi. Bu məsələ sosial şəbəkələrdə ciddi etiraz doğurduğu üçün universitetin rektoru bu qərarın qanunsuz olduğunu və tələbələrə töhmət elan edən dekanın özünün cəzalandıralacığını bildirmişdi.

Qaynarxett.az


Şamaxıda misli görünməmiş daha bir biabırçılıq