backend

Ermənilər raketlə vuruldu - TƏCİLİ

Ermənilər raketlə vuruldu - TƏCİLİ
Ermənilərin yaşadığı Süleymaniyyə məntəqəsi raket atəşkinə məruz qalıb. Musavat.com erməni mənbələrinə istinadən xəbər verir ki, terrorçuların açdığı atəş nəticəsində 1980-ci il təvəllüdlü Beti Nersisyan ölüb. Bu barədə ilk olaraq Suriyada nəşr olunan “Qandzasor” erməni qəzeti məlumat yayıb. O da məlum olub ki, raket zərbələri nəticəsində ermənilərdən Ketrin Xaçoyan (34 yaş), Karapet Xaçoyan (62 yaş), Nora Sarkis (33 yaş), o cümlədən Lusin Parşik yaralanıb.

Ermənistan mətbuatı son vaxtlar terrorçuların ermənilərin sıx məskunlaşdığı Suriyanın Süleymaniyyə, Şeyx Məqsud, Japriem, Telefon Xayai məntəqələrini raket atəşinə tutmalarından bəhs edən həyəcanlı xəbərlər yayır. Xüsusilə də Nor Gyux məntəqəsi və Surb Errordutyun kilsəsinin də atəşə məruz qaldığı bildirilir.