backend

Mirmövsüm Ağa sosial şəbəkələrdə təhqir edildi - FOTO

Mirmövsüm Ağa sosial şəbəkələrdə təhqir edildi - FOTO
Sosial şəbəkədə Mirmövsüm Ağaya qarşı hörmətsizlik...

Politika.Az liderxeber.az-a istinadən xəbər verir ki, Azərbaycanda insanların ən cox üz tutduqları müqəddəs yerlərdən biri də Mirmövsüm Ağa ziyarətgahıdır. Digər ziyarətgahlardan fərqli olaraq bu Ağanı ziyarət etmək istəyənlər iki ünvana – onun doğulub boya-başa çatdığı içərişəhərdəki evinə və Şüvəlanda dəfn olunduğu məzara üz tutur, onu nicat yeri bilirlər. Ağa Seyid Əli Mirmövsümzadənin vəfatından bir neçə il keçsə də, ötən illər insanların ona olan inamını söndürə bilmədi. Bugünədək alimlər də sadə sıravi insanlar da Ağanın "möcüzə törətmək” qabiliyyətinin nə vaxt, necə, hansı şəkildə üzə cıxmasını, təzahür etdiyini düşünürlər. Və heç kəs də bu sualın cavabını tapmır.

Lakin hələ də zəif düşüncəli, Azərbaycanın tarixini unudanlar, bizdən öncəki ağsaqqallarımızın, ağbirçəklərimizin dini inanclarını ayaq altına atanlar da az deyil.
Mirmövsüm Ağa sosial şəbəkələrdə təhqir edildi - FOTO
Belə ki, bir neçə gündür ki, sosial şəbəkələrdə bəzi profillərdən Ağa Seyid Əli Mirmövsümzadənin ruhuna təhqir sayılan foto paylaşılıb.

Bu isə ictimai qınağa səbəb olub və böyük narazılıqla qarşılanıb.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyev ziyarətgahda dörd dəfə olub. Hal-hazırda prezident İlham Əliyev və Mehriban Əliyeva da ziyarətgaha tez-tez gedirlər. Hacı Nizam deyir: "Bu ailənin dinə yüksək etiqadı və inamı var. Mehriban xanım hər dəfə ziyarətgaha gələndə mənə deyir ki, bu qədər işlərin görülməsinə necə nail olmusan”. Hacı otagında üzərində Mirmövsüm Ağanın təsviri olan xalçanı göstərərək, bunun ziyarətgaha Mehriban Əliyeva tərəfindən bagışlandıgını deyir: "Bu xalça görkəmli xalça ustası Kamil Əliyev tərəfindən toxunaraq Heydər Əliyev Fonduna bagışlanıb. Mehriban xanım onu özü ilə gətirərək dedi ki, xalçanın yeri buradır.

P.S. Bir sözlə, hərə bir ümid, bir istəklə bu ocağa üz tutur. Bizim bu yazını hazırlamaqda məqsədimiz onu sevən milyonları Mirmövsüm Ağa ilə daha yaxından tanış etmək və təhqiredici işlərlə məşğul olan insanların öz çirkin əməllərindən əl çəkib haqqa tapınmalarından ibarətdir. Hər şeyin doğrusunu və kamilini isə yalnız Allah bilir.