backend

Suraxanı gəncləri narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirildi - NARKOMANİYAYA "YOX" DEYƏK!

Suraxanı gəncləri narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirildi - NARKOMANİYAYA "YOX" DEYƏK!
Suraxanı Rayonunda "Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” mövzusunda tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, ziyalıəlar və hüquq-mühafizə oqranlarının əməkdaşları, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri, tələbələr və rayonun ictiami-siyasi həyatında önəmli yer tutan gənclər iştirak edirdi.

Tədbirdə Suraxanı rayon polis idarəsinin rəisi Namiq Həsənov məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır: "Artıq "ağ ölüm" kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur". Onun sözlərinə görə, hökumət problemin qarşısını almaq üçün davamlı addımlar atır. N.Həsənov onu da bildirib ki, narkomaniyanın qarşısını almaq üçün müəyyən hüquqi baza var: "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yazradılıb. Bu komissiyanın eləcə də hüquq-mühafizə orqanlarının fəallığı nəticəsində bu problemin daha geniş arenada yayılmasının qarşısı qətiyyətlə alınır. Bugün həyata keçirilən siyasət də bir başa ona xidmət edir ki, narkomaniya gəncləşməsin. Gənclər bu zərərli vərdişlərdən uzaq olsunlar”.
Suraxanı gəncləri narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirildi - NARKOMANİYAYA "YOX" DEYƏK!