backend

“Əvvəl dedilər ki, içəridə meyit var“ - Şahbaz Xuduoğlu axtarışın nəticələrindən danışdı

“Əvvəl dedilər ki, içəridə meyit var“ - Şahbaz Xuduoğlu axtarışın nəticələrindən danışdı
“Əvvəl dedilər ki, içəridə meyit var“ - Şahbaz Xuduoğlu axtarışın nəticələrindən danışdıBakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Qanun" nəşrlər evində apardığı yoxlama başa çatıb

Politika.Az xəbər verir ki, yoxlamadam sonra jurnalistlərə açıqlama verən nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, polislər binada bomba aşkar etməyib: "Nəşriyyatın bütün otaqlarına baxış keçirdilər. Mətbəəyə də baxdılar. Onların özünə maraqlı gələn, dediklərinə görə təhqiqat üçün predmet ola biləcək çap qəlibləri (dazakllar) götürdülər. Bildirdilər ki, təhqiqat prosesi başa çatandan sonra götürülən qəliblər bizə qaytarıla bilər.

Hər hansı bir izahat vermədilər.

Nəşriyyatda axtarışabənzər baxış əməliyyatı keçirdilər. Baxışla bağlı protokol yazdılar. Baxışda iştirak edənlər və biz də imzaladıq.

Protokolda qeyd olunmuşdu ki, bizə nəşriyyatda bomba olmasıyla bağlı məlumat daxil oldu. Biz də baxış keçirdik. Baxış vaxtı nələri görüblərsə, onları qeyd ediblər.

Bu, bizim üçün gözlənilməz bir şey idi. Maraqlı və qanunsuz olan o idi ki, əgər bomba qoyulmuşdusa, niyə FHN əməkdaşları, təcili tibbi yardım deyil, yalnız cinayət axtarış şöbəsinin əməkdaşları burda idi?

Ümumilikdə isə bura 2 versiya ilə gəlmişdilər. Əvvəl dedilər ki, guya içəridə meyit var. Guya kimsə öldürülüb. Daha sonra bu versiya bomba ilə əvəzləndi".

Ş.Xuduoğlu "Qanun" nəşriyyatının binasının 2 gündür ki, müsadirə olunduğunu deyib: "Bundan sonra hansı addımlar atılacaq, bilmirik. Mən bunu nəşriyyata qarşı planlaşdırılmış, qərəzli bir addım kimi dəyərləndirirəm".

“Əvvəl dedilər ki, içəridə meyit var“ - Şahbaz Xuduoğlu axtarışın nəticələrindən danışdı