backend

YAP-çı oğlundan müxalifətə çağırış - “Qohumlarınızdan imtina edin”

YAP-çı oğlundan müxalifətə çağırış - “Qohumlarınızdan imtina edin”
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu, Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, ev dustaqlığına buraxılmış Rüfət Səfərov müxalif düşüncəli insanları ehtiyatlı olmağa çağırıb

Politika.Az xəbər verir ki, Rüfət Səfərovun sözlərinə görə, müxalif baxışlı şəxslərin təkcə özləri deyil, eyni zamanda yaxın qohumları belə sıxışdırılır: “Azərbaycanda müxalif görüşü üstlənən şəxs bəribaşdan qeyri-siyasi qohum və yaxın qohumlardan imtina edib, sonrakı xoşagəlməz vəziyyəti sığortalasa, daha münasib olar. Günün tələbi budur... Əks halda, nəslin gününü qara edirlər...”

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsində baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Məhkəmənin qərarına əsasən, Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Bu günlərdə sabiq müstəntiq Rüfət Səfərovla bağlı başlanmış cinayət işinin istintaq müddəti uzadılıb.