backend

SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...

SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...


Saatlı rayonu Aran iqtisadi zonasında yerləşir. Ərazisi Araz çayının sağ və sol sahillərində yerləşən Saatlıya 1943-cü il may ayının 25-də rayon statusu verilmışdır. İyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilərək, qonşu Sabirabad rayonunun tərkibinə qatılmışdır. İki il sonra – 1965-ci ildən yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirmişdir. Hazırda rayonda 100 minə yaxın əhali yaşayır.

Saatlı qədim tarixə malikdir. Bunu rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin olduğu da təsdiqləyir. Rayonun Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eramızdan əvvəl III-II minilliklərə aid tarixi abidələr və arxeoloqlar tərəfindən tapılmış, hazırda rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan saxsı qablar mövcuddur. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55-i nəqqaşlıq, 127-si tətbiqi incəsənət nümunələri, 1890-ı arxeoloji qazıntılar zamanı tapılmış əşyalar, 531-i məişət və etnoqrafiya əşyaları, 2279-u müxtəlif fotoşəkillər, 4077-si isə digər sənədlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 9 arxeoloji abidə mühafizə olunur. Ölkənin iki böyük çayı - Kürlə Araz burada qovuşur. 1469,4 kvadratkilometr ərazisi olan bölgənin 63 min hektarı əkin üçün istifadə edilir. Burada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Ötən əsrin 70-ci illərinədək bu rayon geridə qalmış yaşayış məskəni olub. Muğanın dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dəfələrlə bu bölgəyə - Sabirabada, Saatlıya səfər edib. Onun sayəsində bu bölgə, xüsusilə bu rayonda mədəni-maarif obyekti tikilib, rayona içməli su xətləri çəkilib, əhaliyə təbii qaz verilib. Lakin 80-ci illərin sonlarından başlayaraq rayonda geriləmə müşahidə olunub. Xüsusilə 90-cı illərin əvvəllərində zavodları çoxu öz işini dayandırıb. Bütün sahələrdə boşluq yaranıb, təsərrüfatsızlıq hökm sürüb.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu bölgədə də həyat yenidən canlanıb. Ölkənin hər yerində olduğu kimi, Saatlıda da torpaq islahatı keçirilib, dövlət əmlakı özəlləşdirilib, kənd təsərrüfatının inkişafında uğurlar əldə olunub.

Saatlılar dövlətə, dövlətçiliyə sadiq insanlardı. Rayonda son prezident, parlament və bələdiyyə seçkiləri əsl ümumxalq tədbirinə çevrilib. Saatlılar prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək öz səslərini yekdilliklə gücünə, səriştəsinə güvəndikləri cənab İlham Əliyevə veriblər.

Azərbaycan Prezidenti İlham Əliyev də saatlıları daim diqqətində saxlayıb, onlara qayğısını əsirgəməyib. Kür və Araz çaylarının yaratdığı təbii fəlakət zamanı rayon sakinləri bunun bir daha şahidi oldular. Əhali ən çətin anlarda dövlət başçısını öz yanında, fəlakət bölgəsində gördü. Prezident onlara himayədarlıq etdi, dərdlərinə şərik oldu, bütün zəruri köməyin göstərilməsini tapşırdı. Prezidentin fədakarlığı sayəsində insan itkisi olmadan fəlakətin qarşısı alındı, zərərçəkənlərə hər cür qayğı göstərildi.

İndı Saatlıda sözün həqiqi mənasında həyat qaynayır. Hər tərəfdə işgüzarlıq, yüksək əhval-ruhiyyə duyulur.
Hər dəfə Prezidentin bölgəyə səfəri rayonun sosial-iqtisadi inkişafında yeni dövrün başladığını təcəssüm etdirir. Bu dövr həm də onunla xarakterikdir ki, dövlət başçısının sərəncamı ilə rayona rəhbərlik bacarıqlı və təcrübəli kadr hesabına möhkəmləndirilmişdir. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bizimlə söhbətində maraqlı fikirlərə toxundu:

- Müdrik siyasət, məharətli idarəetmə bacarığı ölkəmizi dünyaya dinamik inkişaf edən demokratik və hüquqi bir dövlət kimi tanıdır. Prezident İlham Əliyevin misilsiz tarixi xidmətlərinin məntiqi nəticəsidir ki, Azərbaycan çox qısa zamanda regionun lider dövlətinə çevrilmişdir. Respublikamızın iqtisadi qüdrəti sürətlə artır. Bu isə öz növbəsində respublikanın bütün regionlarının sosial-iqtisadi inkişafını təmin edir. Təbii qəbul edilməlidir ki, abadlıq, quruculuq işləri bir rayonda daha sürətlə görülür, dönməz xarakter alan inkişaf ölkəmizin bütün bölgələrini əhatə edir. Qürur doğuran bu yüksəlişin, tərəqqinin böyük təşkilatçısı və istiqamətverəni isə Prezident İlham Əliyevdir. Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına həsr olunmuş müşavirədəki nitqində Prezident İlham Əliyevin kənd təsərrüfatını prioritet sahə elan etməsi aqrar rayon olan Sabirabadda da fəaliyyətin yeni istiqamətlərini müəyyən edir. Dövlət başçısının dediyi kimi, ölkə əhalisinin yarısı kəndlərdə yaşayır. Bu böyük əmək ehtiyatını hərəkətə gətirsək, kəndlinin maksimum faydalı məşğulluğunu təmin etsək, bunun çox böyük səmərəsi olar. Ölkədə ərzaq təhlükəsizliyinin daxili imkanlar hesabına təmin edilməsinin əsas bünövrəsini də məhz burada axtarmalıyıq. Demək istədiyim fikir odur ki, seçilən yol, müəyyən edilən istiqamət doğrudur. Biz də öz fəaliyyətimizi məhz bu yöndə qururuq. Məqsəd adamların fəallığını artırmaq, torpaqların hər qarışından səmərəli istifadə etməkdir.

Saatlı rayonunun iqtisadiyyatının əsasını kənd təəsərrüfatı təşkil edir. Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Hazırda əhali bu imkanlardan istifadə edərək, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verir. Son illər Saatlı rayonunda görülmüş işlərin təhlili və statistik məlumatlar da göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və uğurlu nəticələr əldə olunmuşdur. Təkcə 2015-ci ildəki sosial-iqtisadi göstəricilər də bunu təsdiqləyir. Rayonun ümumi məhsul istehsalının həcmi 2,8 faiz artmış, ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 84 faiz təşkil etmişdir. Məhsul buraxılışının həcmində kənd təsərrüfatı 6 faiz, rabitə üzrə 7 faiz, ticarət üzrə 9,2 faiz, nəqliyyat üzrə 4,3 faiz artım qeydə alınmışdır.

Son illər rayonda aparılan abadlıq və quruculuq işləri, sosial infrastruktur sahəsində həyata keçirilən tikintilər dövlət başçısının sərəncam və göstərişləri ilə ayrılmış vəsaitlər hesabına yerinə yetirilmiş, eyni zamanda, daxili imkanlardan, yerli resurslardan maksimum istifadə edilməsinə diqqət artırılmışdır. Təkcə 2008-ci ildən ötən dövr ərzində 2372 şagird yerlik olmaqla 12 məktəb, 235 yerlik olmaqla 3 uşaq bağçası-körpələr evi üçün yeni binalar inşa edilmiş, 6114 yerlik 8 məktəb, 112 yerlik və 75 yerlik olan 2 bağça əsaslı təmir olunmuşdur.

...

Belə demək mümkünsə, rayonun rəhbərliyi üzlərini kəndə çeviriblər. Hər iş günü kəndlərə səfərlə başlayır. Kəndlərin sosial problemləri öyrənilir, kəndli sahibkarın üzləşdiyi problemlər araşdırılır, onu aradan qaldırmaq yolları müəyyənləşdirilir. İcra hakimiyyəti tərəfindən son 20 gündə 2 minə yaxın rayon sakini fərdi qəbul edilib, 13 kənddə 4 min nəfərdən çox kənd sakini ilə görüş təşkil olunub. Rayonun əlaqədar idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi kəndlərdə keçirilən səyyar qəbulların, görüşlərin səmərəsi isə kifayət qədər böyükdür. Yerlərdə edilən müraciətlərin, qaldırılan problemlərin çoxu elə yerindəcə operativ həll olunur. Çətinə düşən vətəndaşın daha rayon mərkəzinə, paytaxta üz tutmasına ehtiyac qalmır.

Rayonun rəhbərliyi sahibkarlara qayğı və diqqət göstərilməsinə, onlara əlverişli şərait yaradılmasına böyük önəm verir. Təsadüfi deyil ki, icra başçısı ilk ğünlərdən özəl sektorun fəaliyyətini diqqət mğrkəzində saxlayır
,bu sahənin daha da inkişaf etdirilməsi ücün rayonda hər cür imkan və şərait yaradılmasına calısır.

İndi ayrı-ayrı fermerlərin iri təsərrüfatlarda birləşməsi reallaşır. Bu ğün rayonda taxıl, pambıq və digər kənd təsərrüfatı məhsullarının bolluğuna etibarlı bünövrə qoyulmuşdur. Müşahidələr göstərir ki, hektarların məhsuldarlığı əvvəlki illərə nisbətən daha yüksək olacaqdır.

Bəli bu gün Saatlı artıq əvvəlki şöhrətini qaytarmaq əzmindədir. Bütün qüvvələr bu istiqamətə səfərbər edilib. Cünki istiqamət düzgün, niyyət aydın olanda məqsədə çatmaq asan olur.

Qaynarxett.az



SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...
SAATLI: İSTİQAMƏT DÜZGÜN, NİYYƏT AYDIN OLANDA...