backend

İlk və son yaxınlığımız toy gecəsi oldu. Onun gey, impotent olduğunu düşünürdüm, amma o... - oxucu məktubu

İlk və son yaxınlığımız toy gecəsi oldu. Onun gey, impotent olduğunu düşünürdüm, amma o... - oxucu məktubu

Böyüklərin razılığı ilə birinə qoşulub qaçdım. Bəli öz başıma deyil, anamın razılığı ilə.


Əvvəldən başlayım. Anam şəhər qızı olub. Atam onu qaçıranda anam instutda imtahan verirmiş. Atam isə kənddə yaşayırdı. Anam çox əziyyət çəkmişdi, ona görə şəhərdən məni istəyənde çox sevindi düşündü ki, mən kənddə əziyyət çəkməyəcəm. Dayımgilə getmək adı ilə məni qaçırtdılar. Qaçırtdılar demək olarsa tebii ki çünki bilirdim, anam da, dayımın yoldaşıda, xalam da. Nə isə..

Toy oldu. İlk və son yaxınlığımız toy gecəsi oldu. Oğlan mənə yaxın gəlmirdi. Ürəyimdən onun gey, impotent olduğu keçirdi. İlk gecədən sonra uşağa qaldım. Artıq 3 yaşına çatıb uşağım. Oğlanınsa neçə illərdən bəri narkotik qəbul etdiyini öyrəndim. yaxınıarı dəfələrlə müalicə etdiriblər, ancaq o təkrarən başlayıb narkotikdən istifadə etnəyə.Indi nə edim bilmirəm?Düzdür yoldaşım mənə əl qaldırmır. Lakin xoşbəxt də sayılmıram. Çarəsizəm...