backend

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB

Ermənistanda vəzifəsindən sui-istifadə ittihamına görə saxlanılan yüksək rütbəli hərbçilər həbs olunub

Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həbs olunanlar Ermənistan Silahlı Qüvvələrinin silahlara nəzarət idarəsinin keçmiş rəisi, general-mayor Melsik Çilinqaryan, Silahlı Qüvvələrin logistika idarəsinin kimya, mühəndislik və kəşfiyyat agentləri şöbəsinin keçmiş rəhbəri, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryandır.

Qeyd edək ki, Serj Sarkisyan Melsik Çilinqaryanı mayın 23-də vəzifəsindən azad edib. Bu, Qarabağ münaqişəsi zonasında baş vermiş gərginlikdən sonra yüksək rütbəli hərbçilərin işdən qovulmasının ilk siqnalı olub. İşdən çıxarılma haqqında rəsmi məlumat yoxdur.

Ermənistanın hakim “Respublika” partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan daha öncə yüksək rütbəli hərbçilərin işdən qovulmasınının Qarabağdakı aprel hadisələri ilə bağlı olduğunu bəyan edib.

Qeyd edək ki, Aprel müharibəsindən sonra məğlub vəziyyətə düşən Ermənistanda hakimiyyət daxili qarşıdurma şiddətlənib.

Ermənistanın "Qraparak" qəzeti Serj Sarkisyan hakimiyyətinə ciddi təhlükə yarandığını yazıb: "Sarkisyanın ictimai nüfuzunun zədələnməsindən sonra onu devirərək yerinə keçmək istəyənlər aktivləşib. Buna görə də Sarkisyan hansısa dəyişikliyi ilə bağlı heç kəsə danışmır, qərarları təkbaşına verir. O, hər şeydən şübhələnir və hər kəsi yoxlayır. Ətrafındakı şəxslərdən qorxur, hətta ən yaxın ətrafına belə etibar etmir, onlardan da gizlənir".

Qəzet əlavə edir ki, xarici işlər naziri Edvard Nalbandyanın Fransaya səfir göndəriləcəyi gözlənilir: "Onun yerinə isə Sarkisyanın köməkçisi Viqen Sarkisyan gətirilir".

Erməni KİV-nin məlumatına görə, Sarkisyan orduda generalları təmzilədikdən sonra diplomatik xidmətə də əl atacaq. Nalbandyanın səfir göndərilməsi ilə bağlı məlumatlar da bundan xəbər verir. Lakin o, dəyişikliklərlə bağlı qərarlarını hər kəsdən gizlədir və hər kəsdən şübhələnir.

Qeyd edək ki, hər kəsdən şübhələnmək, heç kimə güvənməmək paranoya xəstəliyinin əlamətidir. Mənası yunan dilində "havalanma" olan bu xəstəliyin əlamətləri davamlı təqib edildiyindən, yediyi-içdiyi yeməklərdən zəhərlənəcəyindən, yoldaşının onu aldatdığından şübhələnməkdir. Paranoya xəstələrinin xüsusiyyətlərindən biri də xəstəliklərini, ümumiyyətlə, qəbul etməmələridir. Bu xəstəlik uşaqlıq, yaxud gənclik illərində alınan zədədən yarana bilir. Digər tərəfdən, irsi olaraq da keçir. Pranoya xəstəliyini müalicə etməyin yolu olsa da, ona tutulan şəxslər adətən ömürləri boyu bundan əziyyət çəkirlər.

Qaynarxett.az