backend

TƏCİLİ: “Bu dəfə Qarabağ qayıdır, əmin olun!” - Deputatdan həyəcan dolu sevinc...

TƏCİLİ: “Bu dəfə Qarabağ qayıdır, əmin olun!” - Deputatdan həyəcan dolu sevinc...

Prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində sıradan kimi görünən, fəqət təlatüm öncəsi səssizliyi xatırladan hadisələr yaşanır. Eynən 1999-cu ildəki kimi. Aradan 17 illik müddət keçsə belə proses spesifik (bənzər) ardıcıllıqla gedir


Onda da Dağlıq Qarabağla bağlı status-kvonun dəyişməsi üçün münbit şərait yaranmışdı. Rusiya “Bişkek”protokolunun imzalanmasından bəri ilk dəfə ortalığa neytral mövqe qoyub (“neytral mövqe” zatən bizim yanımızda olmaq anlamına gəlir) Ermənistanı sıxırdı, Heydər Əliyev ciddi vasitəçilərlə Ermənistanın 2 əsas söz sahibini - Vazqen Sarkisyan və Karen Dəmirçiyanı inandıra bilmişdi ki, sülhməramlı qüvvələri nəzərdə tutan bənd saxlanılaraq 7 rayonun geri qaytarılması əslində Ermənistanın özünü də gələcək sanksiyalardan və məhrumiyyətlərdən xilas edəcək. Hətta eks - dövlət müşaviri, ruslara qarşı xüsusi antipatiyası ilə tanınan Vəfa Quluzadə illər sonra müsahibələrinin birində etiraf edirdi ki, həmin ərəfədə Rusiyanın vasitəçi kimi əsas funksiyanı Parisə yönləndirməsi Heydər Əliyevi də, onu da təəccübləndirmişdi: “Jirayr Lipardyan Levon Ter-Petrosyanla son məsləhətləşmə apardıqdan sonra yekun mətnlə razılaşdıqlarını bildirdi. Mən isə bu haqda Prezidentə məruzə etdim. Hər şey qaydasında, eyni zamanda biz istəyən kimi idi və...Ermənistan Parlamentində məlum qətliam baş verməsəydi Qarabağla bağlı çox ciddi bir anlaşmaya imza atacaqdıq”

İndi isə mövcud reallığa qayıdaq: Aprel döyüşləri Ermənistanı əməllicə silkələyib. Rusiya yenə eyni formada neytral siyasət yürüdür. Sarkisyan hətərəm-pətərəm açıqlamaları ilə beynəlxalq və yerli medianın gülüş personajına çevrilib, adam vəzifəsini itirməkdən və Vazqen Sarkisyan, Karen Dəmirçiyan kimi “gözü çıxmış qardaşların” taleyini yaşamaqdan qorxur. Hərbi müstəvidə eyforik dəyişikliklər edir, generaliteti istefaya göndərir, Stefan Səfəryan kimi mənasız politoloqlarla, Miqranyan kimi saxta mühacirlərlə ictimai rəyi o məcəraya yönəltmək istəyir ki, guya bütün dünya bunları sıxıb, Ermənistan təklənib. Sair, ilaxır...

Əslində isə əsas qorxu erməni lobbisindəndir. Bunu kim bilməsə də, haqqında danışdığım Parlament qətliamının əsas təşkilatçılarından biri – Serj Sarkisyan gözəl bilir. Ki, əsas təhlükə hardan gələ bilər. Ayrıca, köhnə dissident kimi həmin lobbinin kriminal təfəkkürünə də yetərincə bələddir.

Danışıqlar ərəfəsində təmas xətti boyunca iğtişaş yaratmaq da artıq köhnəlmiş üsuldur. Bunu kimsə “yemir”. Üstəlik, aprel döyüşlərindən sonra paralel olaraq risk faktoru da önə çıxıb. Yəni Azərbaycan qarşı tərəfə anladıb ki, növbəti dəfə müharibəyə başlamaq və “Lələ Təpə” sırasına yeni adlar əlavə etmək üçün çox kiçik bir himə bənddir.

Bəs bu məqamda neyləməli?

Hadisələr onu deyir ki, Sarkisyan fors-major axtarışındadır. Hazırki durumda bu fors-majoru yarada biləcək qığılcım isə yalnız siyasi motivli qətllərdən qaynaqlana bilər. Diqqət edin: Son zamanlar Ermənistanın öz içində Azərbaycan təəssübkeşləri formalaşmağa başlayıb. Məsələn, erməni müğənni Lilit Hovanisyan şəxsi “facebook” səhifəsində “Sarı Gəlin “ mahnısını paylaşır, bu musiqinin Azərbaycana aid olduğunu xüsusi vurğu ilə qeyd edir və ardınca belə bir şərh yazır: “Azərbaycanlı kişinin övladını dünyaya gətirmək istəyirəm”.

Qəribədir, deyilmi? Amma yalnız ilk baxışda. Çünki bir azca məlum açıqlama müəllifinin izinə düşən kimi kələfin ucu görünür və məlum olur ki, Hovanisyan demə “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqda Erməni Parlamentinə təqdim olunan qanun layihəsinin həmmüəllifi, fraksiya rəhbəri Zarufi Postancyanın “halalca” sevgilisi imiş. Eyni zamanda xüsusi kəşfiyyatın keçmiş “verbovka”sı. Yaxşı bəs məqsəd nədir? Və niyə “qurbanlıq qoyun olaraq müğənni seçilir? – Ona görə ki, Ermənistanın “fahişə diplomatiyası”nda tarx boyu əsas nidalar “manıs” və aktrisa əli ilə qoyulub. Bir də Beynəlxalq Təşkilatlardakı qadın nümayəndə heyətinin “hər işə yarayan”üzvləri ilə. Ayrıca, bir məqamı da unutmaq olmaz: söhbət o ölkədən gedir ki, həmin ölkədə porno-ulduzun (Kardaşyan) hörməti və ictimai rəyə təsir gücü ölkə Prezidentindən daha çoxdur. Hərçənd Qərblə təmasları baxımından Kardaşyanın özü də illərdir Ermənistan rəhbərliyinin hədəfindədir və hər an Merilin Monronun taleyini yaşaya bilər (Monro Kennedidən sonra Fidel Kastronun yatağına girdiyi üçün aradan götürülmüşdü).

Digər tərəfdən isə paralel olaraq Ermənistanın “Beynəlxalq Əməkdaşlıq və təhlükəsizlik” İnstitutunun rəhbəri, politoloq Stepan Səfəryan (yazının əvvəlində bu ad çəkilib) mövcud iqtidarı ittiham edir ki, bizim müdafiəmiz kağız üzərindədir, Azərbaycan bizi bir həmlədə məhv edər”. Bu da ilk baxışda standart açıqlamadı. Amma yenə də mövzunu “incələyənə” qədər. Ən bəsit araşdırma aparınca isə məlum olur ki, demə Səfəryan İnstitut illərindən Sarkisyanın ən güvənli dostlarından olub, həmin dostluq bu günə qədər davam edir və Ermənistanda bütün QHT monopoliyası hazırda bu adamın sərəncamındadır.

Başqa bir yandan Parlamentdə Rusiyaya qarşı “müstəqil qiyafəli” deputatlar vasitəsilə silah ittihamı irəli sürülür, bir çox ikitərəfli sazişlərlə bağlı ratifikasiya hədəsi(?!) edilir, Putin və onun höküməti ən ağır şəkildə suçlanır. Nəhayətində isə GUYA Sarkisyanın bütün bunlardan xəbəri yoxdur, baş verənlər sadəcə ictimai dirənişdir, xalqın tələbidir və s...

Əlqərəz, Sarkisyanın əlində qurbanlıqlar “en” qədərdir və hər kəs əmin olsun ki, saatlar sonra baş tutacaq Peterburq danışıqlarında Ermənistan adına azacıq büdrəmə olsa Sarkisyan dərhal əlini “xaos düyməsi”nə basacaq. Bu durumda isə ya milli maraqları tapdalayan Lilit Havonisyan tipli manıslar güdaza veriləcək ya günün günorta çağı hansısa tində Səfəryankimilər güllələnəcək ya da həmin o “müstəqil” deputatlardan biri Parlamentin girişində sui-qəsdlə cəhənnəmə vasil ediləcək. Amma qətl(iam) milyon faiz olacaq. Bu kəlməni altını çizərək vurğulayıram. Və bir daha təkrar edirəm ki, fors-major durumda ictimai rəyi tərs istiqamətə yönəltmək üçün tək çarə budur.

***

Sarkisyanın xirtdəyi isə hazırda İlham Əliyevin əlindədir. Saniyəbəsaniyə də o xirtdəyin həlqəsi daralır, nazilir və tükənir. Artıq üzərimizdə nə Rusiyanın basqısı var, nə Qərbin “ağsaqqal” tənəsi, nə də Avropanın saxta humanizm kölgəsi.

Basqı bitdi, tənə qurtardı, 23 illik saxta dərs sona yetdi.

Qarabağa möhtəşəm dönüşün bir addımlığındayıq dostlar, buna əmin olun. Sadəcə əmin olun!

Elşən Musayev,
Milli Məclisin deputatı