backend

Ağdamda “təhsil qaçaqmalçılığı”: TŞ müdirəsi işini icra edə bilmir

Ağdamda “təhsil qaçaqmalçılığı”: TŞ müdirəsi işini icra edə bilmir

Aşağıda qeyd etdiyimiz bu yazını əslində, Azərbaycan Respublikasının təhsil naziri Cənab Mikayıl Cabbarova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Mədət Quliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin rəisi Cənab Kamran Əliyevə bir müraciət kimi də qəbul etmək olar.


Uzun müddətdir ki, Ağdam rayonunda olan neqativ hallar barədə dəyərli oxucularımıza, respublikanın taleyi həvalə olunmuş əlaqədar orqanların başında dayanan şəxslərə çatdırmışıq. Bu gün isə sizlərə məhz cəbhə bölgəsində yerləşən, Ağdam rayonunun 1-ci Yüzbaşı Kənd Tam Orta Məktəbində yaşanan ciddi, korrupsiya və cinayət tərkibi yaradan hərəkətlər, hallar və nöqsanlar barədə konkret faktlara söykənən araşdırma yazısını təqdim edəcəyik.


Öncə bəhs olunan kənd orta məktəbi barədə qısa bir tanıtım verək:


Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin 1-ci Yüzbaşı Tam Orta Məktəbi 1990-cı ildən fəaliyyətə başlayıb, elə həmin vaxtdan da kənd orta məktəbinə Zeynalov Vaqif Abdulla oğlu rəhbərlik edib. 04 aprel 2014-cü il tarixdə məktəb direktoru vəfat etdikdən sonra heç bir idarəçilik bacarığı və yetərli iş təcrübəsi olmayan, gənc yaşlarında olan oğlu Zeynalov Polad Vaqif oğlu, iddiaya görə Ağdam RTŞ rəhbərliyinə verdiyi külli miqdarda rüşvət hesabına TŞ ilə müqavilə əsasında məktəb direktoru təyin edilib. Elə həmin vaxtdan da Polad Zeynalov rəhbərlik etdiyi 1-ci Yüzbaşı kənd orta məktəbində təhsilin keyfiyyətinə yox, qazanc yerlərini, pul qazanmaq yollarını aramağa başlayır və çox qısa zaman ərzində istəyinə nail ola bilir

Ağdamda “təhsil qaçaqmalçılığı”: TŞ müdirəsi işini icra edə bilmir
Belə ki, 1-ci Yüzbaşı Tam Orta Məktəbinin müəllim kontingentinə nəzər saldıqda burada qəribə bir mənzərənin şahidi oluruq. Çünki iş kollektivinin əsas hissəsi, həm də ən çox dərs bölgüsündə çox saatlar verilmiş direktorun qohum və ailə üzvlərindən ibarətdir. Məsələn, Umleyla Zeynalova 12 saat dərs yükü var(direktorun anasıdır, məktəbdə müəllimə işləməyinə baxmayaraq, həm də 1-ci Yüzbaşı kənd Uşaq Bağçasının müdirəsidir), Gözəl Eyvazova 11 saat dərs yükü var(direktorun xalasıdır, məktəbdə dərs hissə müdiridir), Gülcahan Əhmədova 13 saat dərs yükü var(direktorun xalası qızıdır, məktəbdə Təşkilatçıdır), Afət Zeynalova 28 saat dərs yükü var(direktorun həyat yoldaşıdır, 6-ci sinifin sinif rəhbəridir) Əhmədova Gültəkin Əhməd qızı ibtidai sinif müəlliməsidir, ancaq tədris ili başlayandan onu bir dəfə də olsun məktəbdə görən olmayıbdır(direktorun xalası qızıdır, aşağıda da qeyd edəcəyimiz kimi bu da həmin “ölü canlı”siyahısına aiddir. Nəhayət, Zeynalov Polad Vaqif oğlu 11 saat dərs yükü var məktəbin direktorudur.


rusvet-ve-irtikap1-ci Yüzbaşı kənd Tam Orta Məktəbində yaşanan bu nöqsanlar barədə məlumatlı olan şəxsin sözlərinə görə, onsuz da daha əvvəllər də davamiyyəti həmişə aşağı olan bu təhsil ocağına direktorun razılığı ilə bu ilin aprel ayının 28-dən ümumiyyətlə şagird gəlmir. Hər gün müəllimlərin bəzisi gəlməklə, yalnız jurnallar yazılmaqdadır. Şagirdlərdən birinin may ayının 3-ü səhər saat 10-11 radələrində mobil telefonun kamerası ilə lentə aldığı görüntülər bunun əyani sübutudur. Videoya tamaşa edincə açıq şəkildə görmək olur ki, məktəbin həyəti və koridoru olduqca sakitçilikdir, insanda əvvəl xoş təəssurat yaradır ki, yəqin uşaqların hamısı dərsdə olduğundan, məktəb rəhbərliyinin “distipleniya”nı yüksək səviyyədə qurmasından “Sakit, dərs gedir” devizi ilə hər kəs elm öyrənməklə məşğuldur, amma dərs vaxtı bütün sinif otaqlarının boş olması, görüntüləri izləyərkən yanıldığını anlayırsan. Sinif otaqları boş olduğu ərəfədə rayonun təhsil şöbəsindən zəng edilərək, davamiyyətin necə olması soruşulunca, direktor telefonun o biri başında olan səlahiyyətli şəxsə yalan məlumat verir. Ardınca isə məktəbin direktoru Polad Zeynalov, müəllimləri toplayaraq iclas keçirir və hamıya tapşırır ki, onlardan çağırıb soruşan olsa desinlər ki, guya bu məktəbdə dərslər keçirilir, davamiyyət də vardır. Direktorun iclas keçirdiyi həmin gün məktəbə tək bir şagird gəlib, o da direktorun öz qardaşı oğlu olub. Polad Zeynalov bunu həmin səs yazısında da qeyd edərək bildirir ki, deyiləndə and verə bilərik ki, həqiqətən də məktəbdə şagird olub. Yəni o,qardaşı oğlunun məktəbdə olmasını nəzərdə tutur.


Sonluq:

Ağdamda “təhsil qaçaqmalçılığı”: TŞ müdirəsi işini icra edə bilmir

Sərlövhədə də qeyd olunduğu kimi, Ağdamda “təhsil qaçaqmalçılığı” və Təhsil Şöbəsinin müdirəsi Mətanət xanımın yuxarıda olan faktları görüncə işini icra edə bilməməsi ilə bağlı iddiamızı əsaslandırır. Burada onun pedaqoji təcrübəsizliyi də özünü göstərir. Yəni, uşaq bağçasının müdirəsi olmuş Mətanət Misirxanovanın bu gün orta məktəblərin işinə nəzarət edə bilməməsi onun bu sahədə səriştəsiz olduğunu, idarəçilik qabiliyyətsiliyini ortaya qoyur. Görəsən, Ağdam kimi respublika üçün mühim əhəmiyyətə malik bir rayona belə bir səriştəsiz və iş bacarığı olmayan kadrın təyinatına hansı səbəbdən “hə” deyilib? Yoxsa, Mətanət xanımın keçmiş MTN “şefi”nin tapşırığı əsasında icra başçısını qəbul edib, elə həmin vaxt özü ilə gətirdiyi təqdimatı imzalaması barədə edilən təzyiqlə bağlı çox məxfi saxlanılan bu informasiya doğrudur? Bu məlumat təsdiq olunacağı təqdirdə TŞ müdirəsinin, “350.000 pul vermişəm” iddiasında əksini tapan həmin rüşvət Bakı şəhəri, Parlament prospektindəki məlum qurumun birinci şəxsinin kabinetinə yollanılıb?


(Ardı var)


Mirtələt Nəsirli


Bakı-Ağdam-Bakı