backend

SON DƏQİQƏ: Qazax və Fizuli rayonları atəş altında - Cəbhədə silahlar susmur

SON DƏQİQƏ: Qazax və Fizuli rayonları atəş altında - Cəbhədə silahlar susmur
Mövqelərimiz atəşə tutulub.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini mütamadi olaraq pozub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Füzuli rayonunun Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.