backend

Ramazan ayında cinsi əlaqə günahdır? — MÜTƏXƏSSİS RƏYİ

Ramazan ayında cinsi əlaqə günahdır? — MÜTƏXƏSSİS RƏYİ
"Ramazanda cinsəllik günahdırmı?" - insanların beynində ən çox dolaşan suallardan biridir. Orucluğun başlaması ilə gündəmə gələn "Ramazanda cinsəllik" mövzusu haqqında türkiyəli mütəxəssis Cem Keçə maraqlı açıqlama verib. Aile.lent.az mütəxəssisin bu mövzuda fikirlərini təqdim edir.

Sirr deyil ki, Ramazan ayında cinsəllik günah və ya çox pis bir iş kimi qəbul edilir. Cinsəllik mövzusunda cəmiyyətə hakim olan şişirdilmiş ayıb, qadağan və günah anlayışları nikahlı insanların yaşadığı normal cinsi əlaqələri belə, kölgə altına ala bilir. Mütəxəssis bildirir ki, Ramazan ayında cinsəlliyin mənfi hal kimi qəbul edilməsi cinsi tarazlığın pozulmasına yol açır: "Cinsi tarazlığın pozulmasıyla yalnız cinsi həyat deyil, ictimai quruluşumuzu bir arada tutan hörmət, güvən və ən əhəmiyyətlisi sevgi anlayışı da mənfi təsirlənir. Normal balanslaşdırılmış cinsi əlaqə heç kimin ruhi, zehni, romantik və ya cinsi baxımdan həyatın digər sahələrinə mane olmayan əlaqədir. Ancaq müasir zamanda hər hansı bir cütlük üçün cinsəlliyi balanslı formada yaşamaq çox çətindir. Bu vəziyyət sevgisiz, hörmətsiz və bir-birinə güvənməyən bir cəmiyyət halına gəlməyimizin nəticəsidir. Münasibətlər sevgi üzərindədirsə, cinsi həyatımız da sevgi dolu və nizamlı olar".

İnsanların daha sağlam və xoşbəxt bir cinsi həyata sahib olması, cinsi problemlərimizin dəf edilməsi, fərdin və ailənin cinsi sağlamlığının yaxşılaşdırılmasında iştirak etmə, cinsi mövzularda məlumatsız və təhsilsiz formada sürətli əhali artımına mane olma, fərdin cinsi sağlamlığı, ailə planlaşdırılması, reproduktiv sağlamlıq mövzularında hər birimizin üzərinə vəzifələr düşür: "Ramazan ayında cinsəlliyi qadağan etməklə ürəkləri təmizləmək üçün bir fürsət ola biləcəyinə inanırlar. İslam inancına görə, oruc ikən cinsi əlaqədən qaçmaq və yalnız iftarla imsak arasında cinsi əlaqəyə girmək mümkündür. Ruhi və fiziki bir təmizlənmə yaşamağa xidmət edən Ramazan ayında cinsəlliyi qadağan etmək yerinə ürəklər və beyinlər təmizlənməli, dinc və balanslı bir ruh halı yaradılmalıdır. Təbiətdəki bütün canlılara şəfqət və mərhəmət əsasını daşıyan Ramazan ayı boyu sağlam və xoşbəxt bir cinsəllik yaşamaq olar. İnsan hər şeyi beynindən ataraq yalnız duyğularına hakim ola bilər, narahatlıq, qorxu və qayğılarını bir tərəfə buraxaraq, anın dadını çıxara bilər. Çünki insanın maddi və mənəvi inkişafı ilə yanaşı, ruh və bədən sağlamlığının qorumasında əhəmiyyətli bir yer tutan cinsəllik İslam dini tərəfindən insanın ən təməl ehtiyaclarından biri olaraq qiymətləndirilir. İnsanlar üçün cinsi arzu və istəklər aclıq, susuzluq kimi təbii faktlardır".

Bu səbəbdən də təmizlənmə və paklaşma ayı olan Ramazanda insanlar cinsəlliyi qadağan etmədən ürəklərini və beyinlərini təmizləməlidir. İnsan daxilindəki pis duyğu və düşüncələrdən xilas olaraq, mənfilikləri bir kənara atmalı, cinsi həyat və tərəf müqabilləri ilə bağlı müsbət düşüncələrə sahib olmağa çalışmalıdırlar: "İftardan sonra toxluq hissi ilə birlikdə cinsi istəyin artmasına tez-tez rast gəlinir. Çünki insanın təməl impulsları olan yemək, içmək, sığınmaq, qorunmaq və cinsəllik bir zəncirin halqaları kimidir. Ancaq həddindən artıq yemək yeyərək, tox qarına və ya soyuq içkilər içdikdən, dondurma yedikdən sonra cinsi əlaqəyə girmək düzgün deyil. Həzmsizlik və soyuq yeməklər cinsi enerjidə tarazlığa gətirib çıxara bilər. Həddindən artıq tox qarın performansın aşağı düşməsinə, müvəffəqiyyətsizliyə qədər bir çox cinsi problemə səbəb ola bilər. Buna görə də iftardan dərhal sonra cinsi əlaqəyə girməkdən qaçın".