"Kəskin devalvasiya qaçılmazdır..." - Həyəcan

Iqtisadiyyat 21-06-2016, 17:23
"Kəskin devalvasiya qaçılmazdır..." - Həyəcan
"Kəskin devalvasiya qaçılmazdır, kreditləri ödəmək çətin olacaq"

Bu sözləri açıqlamasında bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov dollarla olan problemli kreditlərin taleyinə münasibət bildirərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, dollar kreditlərinə fərqli münasibət yoxdur: "Hökümət tərəfindən dövlət hesabına heç bir güzəşt olmayacaq. Dövlət bu məsələni bankların özünün həll etməsinin vacibliyini deyib. Banklar da heç bir addım atmır".

Ekspert həmçinin bildirib ki, yaxın bir il ərzində manatın kəskin devalvasiyaya uğraması qaçılmazdır: "Bu halda bank sistemin vəziyyəti daha da ağırlaşacaq. Əhalinin də vəziyəti çətinləşəcək. Amma ilk növbədə bank sistemi çökəcək. Bu halda kredit ödəyən vətəndaşlar da ödəməyəcək. Banklar yaxşı olar ki, dollar kreditlərini milli valyutaya keçirsinlər. Heç olmasa vətəndaş gələcəkdə manatla ödəyə bilsin. Hansısa bank bunu etmirsə, həmin bank kreditin qaytarılmaması ilə üzləşəcək".

Əkrəm Həsənov vurğulayıb ki, devalvasiya qaçılmazdır və kreditləri ödəmək çətin olacaq. Nəinki sıravi vətəndaşlar, hətta sahibkarlar da kreditləri ödəyə bilməyəcək. Çünki sahibkarların gəliri də bir qayda olaraq manatladır. Ona görə böyük məbləğli kreditlərdə də problem yaranacaq".(qaynarinfo)
Oxunub: 1 435
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10